Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


03.03.2022  17:27 

Maqsud Mahmudovun əmlaklarına həbs qoyulub





A+  A-

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun əmlaklarının üzərinə həbs qoyulub.

XəzərNews.az Report-a istinadən xəbər verir ki, istintaq materiallarında qeyd olunub ki, zərərçəkmişlər - Aslan Qəhrəmanov, Rövşən Əlibəyli və Məzahir Ağayevin mülki iddialarını, eləcə də ola biləcək xüsusi müsadirəni təmin etmək üçün Xətai Rayon Məhkəməsi təqsirləndirilən şəxsə məxsus paytaxtın Səbail rayonu, Salyan şossesi 32 ünvanında yerləşməklə hər birinin sahəsi 0,12 ha təşkil edən ümumilikdə iki torpaq sahəsi və Yasamal rayonu, Süleyman Rəhimov küçəsi 82 ünvanında yerləşən mənzilin üzərinə həbs qoyulması barədə qərar çıxarıb.

İstintaq tərəfi həmin əmlakların xüsusi müsadirə edilməsini təklif edir.

Eyni zamanda, cinayət işinin materiallarında maddi sübut hesab olunan 1 ədəd 750 əyarlı 20,22 qram çəkidə üzük isə dövlət bankında saxlanılır.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.


Xəbər 1818 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +