Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


15.10.2020  14:11 

Ermənilərin Qarabağdan çıxışına qadağa qoyuldu





A+  A-

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində özünü Qondarma Respublikanın “prezidenti” kimi təqdim edən Araik Arutyunyan orada məskunlaşmış sakinlərin Dağlıq Qarabağdan çıxışını məhdudlaşdıran “fərman” imzalayıb.
XəzərNews.az xəbər verir ki, Arutyunyan bu barədə öz feysbuk hesabında məlumat verib. O qeyd edib ki, yeni hərbi mükəlləfiyyəti olan şəxslərin Dağlıq Qarabağ ərazisini tərk etməsi qadağan olunacaq. Bildirilib ki, həmin şəxslər yalnız qondarma hərbi hissə tərəfindən verilən “xüsusi icazə sənədi” əsasında ərazini tərk edə bilərlər.

Bu saxta fərmanın imzalanması da göstərir ki, erməni əhalisi Azərbaycanın Qarabağ bölgəsini kütləvi şəkildə tərk edir. Amma çaşqınlıq içində qalmış Ermənistan hakimiyyəti döyüşlərdə iştirak etmək istəməyən, döyüş meydanından qaçan vətəndaşlarını məcburi şəkildə orada saxlamağa çalışır.

Qeyd edək ki, ötən gün Arutyunyan Azərbaycan Silahlı Qüvvələrinin erməni mövqelərinə güclü zərbələr endirdiyini və cəbhə xəttinin bir neçə istiqamətində içərilərə doğru hərəkət etdiyini etiraf etmişdi.

Xəbər 2249 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +