Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


18.08.2020  10:16 

Abituriyentlərin nəzərinə!





A+  A-

Dövlət İmtahan Mərkəzi 20 və ya 21 avqust tarixlərində keçiriləcək imtahanlarda iştirak edən abituriyentlərə müraciət edib.
DİM-dən XəzərNews.az-a verilən məlumata görə, abituriyentlər “İmtahana buraxılış vərəqəsi” və “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni çap etməlidirlər.

20-21 avqust 2020-ci il tarixlərində:

• cari və əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları;

• II, III və V ixtisas qrupları üzrə ali təhsili müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı və qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçiriləcək.

Abituriyentlər DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.

18 avqust saat 10-a olan məlumata əsasən 5 minə yaxın abituriyent “İmtahana buraxılış vərəqəsi”ni çap etməyib.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahan keçiriləcək yer (bina), imtahanın başlanma saatı, abituriyentin imtahan binasında olma vaxtı və s. zəruri məlumatlar göstərilir.

İştirakçılar imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.

“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və abituriyentin özü tərəfindən imzalanır.

Xəbər 1690 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +