Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


02.03.2020  16:25 

“Ordan çıxmasalar, başları yerində qalmayacaq”





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Parti Müşavirə Məclisi iclasında İdlib bölgəsindəki toqquşmalarla bağlı sərt fikirlər səsləndirib.
XəzərNews.az-ın xəbərinə görə, Ərdoğan çıxışı zamanı İdlibdə şəhid olan əsgərlərdən bəhs edərək onların qisasının alınacağına söz verib.

“Vəziyyət bu səviyyəyə çatdığına görə təəssüf edirik. Bunun səbəbkarları, arxalarına aldıqları qüvvələrin kölgəsini öz cüssəsi bilib bizə meydan oxuyanlardır. Hər biri canımızın bir parçası olan əsgərlərimizin həyatına qəsd edənləri yerlə- yeksan etmək boynumuzun borcudur. Dərs almayanların hələ də bizi təhdid etməsi ağıllarının başlarına gəlmədiyini göstərir. Əgər dərhal Türkiyənin təyin etdiyi sərhədlərin xaricinə çıxmasalar, çiyinlərinin üstündəki o başları da qalmayacaq”,- deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyənin İdlib bölgəsində “Bahar Qalxanı Hərəkatı” çərçivəsində həyata keçirdiyi əməliyyatlar nəticəsində 2500-dən çox rejim hərbçisi zərərsizləşdirilib, yüzlərlə ağır texnika və hərbi maşın məhv edilib.

Xəbər 1809 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +