Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO


04.06.2019  11:09 

Deputat icra başçılarını QINADI





A+  A-

"Sahibkar artıq bankla sərbəst işləməlidir. Bank yalvarır ki, gəl sənə aşağı faizlə kredit verim. Çox təəssüf ki, ölkədə biz bu məsələni həll edə bilməmişik".
XəzərNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vahid Əhmədov Sahibkarlar Gününə həsr olunan konfransda çıxışı zamanı deyib.

Millət vəkili bildirib ki, 10 min dollara qədər olan kreditlərlə bağlı Prezident 682 milyon manat vəsait ayırıb: "Ölkədə 32 bank var, aldığım məlumata görə, 5-ə yaxın bank oradan kifayət qədər böyük vəsaitlər götürüb. İndi görək həmin banklar aldıqları vəsaitlər hesabına sahibkarla üçün kredit faizlərini aşağı salacaq? Biz o bankların adını bilirik. Niyə bu gün banklar real sektorun inkişafı üçün maliyyə qoymur? Sadəcə alverlə məşğuldur".

Mülkiyyətin toxunulmazlığı məsələsinə toxunan millət vəkili bununla bağlı sahibkarlardan xeyli şikayət aldığını vurğulayıb:

"Biz bu gün mülkiyyətin toxunulmazlığını təmin edə bilmirik. İstənilən icra başçısı gəlib sahibkarın mülkiyyətinə maneə törədə bilər. Bununla bağlı yüzlərlə şikayət alırıq. Ölkədə sahibkarlığın inkişafı üçün xeyli şərait yaradılır, ancaq müəyyən problemlər var. Gömrük sahəsində sahibkar 40%-dən vergi ödəyir ki, bu da böyük rəqəmdir. Məhkəmə hüquq sistemində gedən islahatları böyük maraqla izləyirik və bu sahədə çətinliklərin aradan qaldırılmasını gözləyirik".

Xəbər 1423 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +