Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb


03.06.2019  12:08 

Kanada Venesueladakı səfirliyini bağladı





A+  A-

Kanada Venesueladakı səfirliyinin fəaliyyətini dayandırıb.
XəzərNews.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Kanadanın Xarici İşlər naziri Xristya Friland bildirib.

“Təəssüf ki, bu ayın sonundan Kanadanın Venesueladakı diplomatları Prezident Nikolas Maduronun rejimi altında diplomatik akkreditasiya ala bilməyəcəklər və onların vizaları sona çatacaq. Beləliklə, bundan sonra Venesuelada Kanada səfirliyinin fəaliyyətini müvəqqəti olaraq dayandırmaqdan başqa bir seçimimiz yoxdur, - deyə nazir bəyanatında vurğulayıb.

O, qeyd edib ki, ayrıca rejim xarici səfirliklərin Venesuelada, xüsusilə də demokratiyanın bərpasının tərəfdarı olan ölkələrdə fəaliyyət göstərmə qabiliyyətini məhdudlaşdırmaq üçün addımlar atır.

Bundan başqa, XİN rəhbəri əlavə edib ki, Venesuelada Kanada vətəndaşları üçün konsulluq xidmətləri bu ölkənin qonşu Kolumbiyadakı səfirliyi tərəfindən həyata keçiriləcək.



Xəbər 1272 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +