Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır
Ukraynalı jurnalistin cənazəsi qaytarılıb
3 nəfərə 3 milyon dollar “atmaqda” ittiham olunur
Pekində İlham Əliyevin masasına qoyulanlar diqqət çəkdi - FOTO
Leyla Əliyeva Pekin Xarici Dillər Universitetində - FOTO


10.02.2019  19:36 

“Əsgər ölümünü gizlətmədik, sadəcə xəbər vermədik” - Ermənistandan maraqlı şərh





A+  A-

Erməni əsgərin odlu silahla açılan atəş nəticəsində öldürülməsi xəbərinin gizlədilməsinə Ermənistanın Müdafiə Nazirliyi özünəməxsus reaksiya verib.
XəzərNews.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannisyan Facebook hesabında hərbçinin ölümünün gizlədilməsi ilə bağlı ittihamları cavablandırıb:

“Yeni ilə axşamı müqaviləli hərbi qulluqçu Edqar Qriqoryanın ölümü ilə bağlı informasiya verilməyib, lakin gizlədilməyib də. İnsident gizlədilməyib, sadəcə biz birinci xəbər vermədik. Bunlar isə fərqli şeylərdir”.

Qeyd edək ki, daha əvvəl yerli saytlar əsgərin öldüyünü yazsalar da, Ermənistan Müdafiə Nazirliyi və İstintaq Komitəsi bununla bağlı məlumat dərc etməmişdi.

Nazir müavini Qabriel Balayan isə öz növbəsində bildirib ki, insidentin baş vermə şəraiti hələ bəlli deyil. Əsgərin ölümü ilə bağlı informasiya isə istintaqa mane olmamaq üçün verilməyib.

Xəbər 1440 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +