Tikinti sektorunda Təhməzlilər imperiyası...
Ukrayna PUA-ları Bryanskı hədəf aldı: 18 ev yandı
Sel suları avtomobil yolunun bir hissəsini yararsız hala saldı
Güclü külək səbəbindən avtobus yoldan çıxdı
Məhkəmə generalın qardaşı ilə bağlı qərar verdi
Əvəz Zeynallının vəsatəti icraata götürüldü
Sabunçu tunelini də su basdı - VİDEO
Dəvəçiçay daşıb, həyətlərə, evlərə su dolub
Bakıda 31 nəfər belə təxliyə olundu - Video
Yağış nə zaman dayanacaq?


17.10.2024  01:08 

Bakıda “Türk dünyasında sürücülük təhsili” adlı tədbir keçirilib -Foto





A+  A-

Oktyabrın 15-də Bakıda Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin, Türkiyə Respublikası Sürücülük Təhsili İş Verənləri Həmkarlar İttifaqının, İstanbul Türkiyə-Azərbaycan Mədəniyyət Dərnəyinin təşkilatçılığı və Azərbaycan Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin dəstəyi ilə “Türk dünyasında sürücülük təhsili” adlı beynəlxalq konfrans keçirilib.

Xəzərnews.az xəbər verir ki, tədbirin əsas məqsədi türk dövlətlərinin bütün sahələrdə əməkdaşlığının inkişafında olduğu kimi, müasir dövrdə sürücülük təhsili sahəsində də qarşılıqlı iş birliyinin yaradılmasına kömək etmək, eləcə də sürücülük təhsili sahəsindəki dünya standartlarının öyrənilib tətbiq edilməsi, xüsusilə yeni nəsil elektrikli və ağıllı avtomobillərin idarə olunması ilə bağlı ortaq təhsil proqramının tətbiqi sahəsində əməkdaşlığın yaradılmasıdır.

Konfransda Azərbaycan-Şimali Kipr parlamentlərarası dostluq qrupunun rəhbəri Cavanşir Feyziyev, Türkiyənin keçmiş təhsil naziri, Türkiyə Böyük Millət Məclisinin təhsil komitəsinin sədri Mahmut Özər, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə-Kipr parlamentlərarası dostluq qrupunun rəhbəri Orxan Ərdəm, Şimali Kipr Türk Respublikası Nəqliyyat Nazirliyinin əməkdaşları və Azərbaycanda sürücülük təhsili sahəsində xidmət göstərən məktəblərin təmsilçiləri iştirak ediblər./AZƏRTAC









Xəbər 6071 dəfə oxunub.




16.04.2025  13:05 

Yağış nə zaman dayanacaq?

16.04.2025  10:20 

İranın xilası Azərbaycandır...


BÜTÜN XƏBƏRLƏR +