Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


14.08.2019  09:36 

“Məhəmməd Əmin Rəsulzadə” gəmisi VURULDU





A+  A-

“Ötən gecə saat 22:25 radələrində göyərtəsində 14 heyət üzvü olan və ilk səfərinə çıxmağa hazırlaşan flotiliyamızın yeni gəmisi “MAMMAD AMİN RASULZADEH” İstanbulun Dəmir bölgəsində “Doric Warrior” gəmisi tərəfindən vurulub”.
XəzərNews.az Modern.az-a istinadən xəbər verir ki, bunu gəminin sahibi olan “Palmali” şirkətlər qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fidan Quliyeva bildirib.

O deyib ki, “MAMMAD AMİN RASULZADE” gəmisinin uzunluğu 129 metr olduğu halda toqquşmaya səbəb olmuş “Doric Warrior” gəmisinin uzunluğu 230 metrdir.

“Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib. Bir gəminin dayandığı halda başqa gəmi tərəfindən vurulması 1/1000 ehtimal olunan hadisə sayılır. Toqquşmanın səbəbləri ciddi araşdırılır. “Palmali” şirkətinin rəhbərliyi hadisə yerindədir. Gəmi limanda ilk səfərini həyata keçirmek ücün gözləyirdi.
Maraqlıdır ki, hadisə baş verəndən dərhal sonra bu xəbər bəzi qüvvələr tərəfindən bütün saytlara ötürülüb. Özünü Türkiyə mediyası adlandıran, əslində isə Azərbaycan KİV-lərinin istinad etməsi ücün maliyyələşən, adı it dəftərində olmayan sayt bu insidenti baş xəbər edir. Təbii ki, bundan sonra “dost” media qurumları “Palmali” şirkətinin mövqeyini öyrənmədən, hadisə zamanı ölən yaxud yaralanların olub-olmadığını soruşmadan xəbəri yayırlar. Bir daha xatırladırıq ki, “MAMMAD AMİN RASULZADE” gəmisinin göyərtəsində 14 nəfərdən ibarət heyət olub. Digər tərəfdən, yazırlar ki, ay aman, gəmi köhnədir, yüklüdür. Bir daha bəyan edirik: “Ay millət, toqquşma hadisəsi ilə gəminin köhnə və ya təzə olmasının, yaxud yüklü-yüksüz olmasının heç bir əlaqəsi yoxdur!”. Üstəlik, özlərindən uydururlar ki, guya gəmi batır. Gəmimiz dayandığı yerdə başqa gəmi tərəfindən vurulsa da, yenə də yazırlar ki, gəmi köhnədir və batır. VURĞULAYIRIQ: “MAMMAD AMİN RASULZADE” gəmisi batmır! Gəmimizi batıra bilmədiniz və heç vaxt bunu bacarmayacaqsınız. “Palmali”nin gəmisini batırmaq düşündüyünüz qədər də asan iş deyil!”

Qeyd edək ki, 6 avqust 2019-cu il tarixdə “MAMMAD AMİN RASULZADEH” gəmisinin ilk səfərə çıxması münasibəti ilə təntənəli mərasim keçirilmişdi. Tədbirdə yüksək vəzifəli şəxslər, tanınmış alimlər, Azərbaycandan dəvət olunmuş jurnalistlər, QHT rəhbərləri, o cümlədən dahi lider Məmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə iştirak etmişdi. Mərasimdə gəmiyə “MAMMAD AMİN RASULZADE” adının verilməsi və bu ad altında yeni gəminin Azərbaycanı bütün dünyada təbliğ edəcəyi xüsusi vurğulanaraq mühüm tarixi hadisə adlandırılmışdı.

Xəbər 1491 dəfə oxunub.



31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +