Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


16.06.2019  12:54 

İcra başçısı sakinlərin şikayətlərini dinlədi





A+  A-

Ölkə başçısının tapşırığına əsasən, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev növbəti səyyar qəbul-görüşü 3 saylı Zobucuq qəsəbəsində keçirib. Səyar qəbulda rayonun idarə, müəssisə və təşkilatları, ictimaiyyət nümayəndələri iştirak edib.
XəzərNews.az xəbər verir ki, səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirib.
Alı Alıyev deyib ki, qəsəbədə hal-hazırda 1662 nəfər yaşayır. Qəsəbənin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutulan bütün imtiyazlardan istifadə edirlər. Qəsəbə sakinlərindən məcburi köçkün statusu olan 1662 nəfərə hər ay 99720 manat vahid aylıq müavinət ödənilir, 13 ailəyə ünvanlı sosial yardım təyin edilib, 5 ailə isə özünüməşğulluq proqramına cəlb olunub. 3 saylı Zobucuq qəsəbəsində 4 şəhid ailəsi, 11 Qarabağ müharibəsi əlili vardır. Qəsəbə sakinlərindən 255 nəfərə müxtəlif növ pensiya və müavinət verilir. Kənd sakinlərindən 207 nəfər müxtəlif idarə, müəssisə və təşkilatlarda işləyirlər.
Qəsəbədə məktəb, uşaq bağçası, tibb məntəqəsi, poçt, musiqi məktəbi və mənzil istismar sahəsi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir qəsəbə sakini pay torpağı ilə təmin olunub.
Səyyar qəbulda rayonun ayrı-ayrı sahələrə dair qəsəbə sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilib, digərləri isə həll edilməsi üçün nəzarətə götürülüb.
Səyyar qəbul zamanı çıxış edən qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.






Xəbər 1345 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +