İspəndiyarın “Hollywood”u...
Eldar Əzizovu söysək də, onun səlahiyyəti yoxdur - Hafiz Hacıyev
Orxan Fikrətoğlu nazirin müşaviri təyin olundu
Aktrisa 81 yaşlı ərindən yaşına görə boşanır
Kurskdakı PUA meydanı vuruldu
Ruslar Pokrovskdan tədricən geri çəkilirlər
Rüşvətlə sertifikat verənlərlə bağlı... - Qərar
“Abi” hotelinin fəaliyyəti dayandırılıb
Sabahın havası: 27 dərəcə isti olacağı gözlənilir
Ermənistan baş naziri referendum kampaniyası aparır - Şərh


30.12.2020  21:38 

Saxta icazələrə görə MMC rəhbəri saxlanıldı





A+  A-

Ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
DIN-dən XəzərNews.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara qanunsuz olaraq ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə şərait yaradan şəxslər saxlanılıblar. İlkin araşdırmalarla müəyyən edilib ki, vətəndaş Bayram Fərəcov ümumilikdə 974 nəfəri özünə məxsus fəaliyyət göstərməyən MMC-lərdə guya işlədiklərini qeyd edərək həmin şəxsləri qanunuz olaraq icazə portalından qeydiyyatdan keçirib. Bu işdə Bayram Fərəcova köməklik edən daha iki nəfər də müəyyən edilərək Polis İdarəsinə gətiriblər.

Şəbəkə üzvləri xüsusi karantin rejiminin qaydalarını pozaraq sərbəst hərəkət etmək üçün onlara müraciət edən vətəndaşların hər birindən 50-150 manat almaqla onları saxta sənədlər əsasında “icazə.e-gov.az” portalında qeydiyyatdan keçiriblər.

Araşdırma zamanı qeydiyyatdan keçən şəxslərin heç birinin portalda göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri müvafiq qaydada ləğv olunub. Qeyd edilən faktlarla bağlı müvafiq araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 1399 dəfə oxunub.




21.04.2025  17:41 

Kurskdakı PUA meydanı vuruldu

21.04.2025  13:03 

Tərtərdə yeniyetmə intihar edib

21.04.2025  12:25 

FTX Simferopol sakinini saxladı


BÜTÜN XƏBƏRLƏR +