Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?


04.10.2023  20:12 

“Şərurlu İsfəndiyar”ın 1 milyonu mənimsənildi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində ölkədə tikinti maqnatı, "Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundova qarşı dələduzluq edən Rəşad Həsənovun məhkəmə prosesi keçirilib.

Məlumata görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs vəsatət qaldırıb. O, bildirib ki, 2016-cı ildən İsfəndiyar Axundova məxsus "Şərur"MTK-da komendant işləyib:

"5 il orda komendant işləmişəm. Son vaxtlar başladılar məni hədələməyə. Dedilər ki, guya mən "Şərur" MTK-dan 600 min manata yaxın pul mənimsəmişəm.

Dəfələrlə İsfəndiyar müəllimlə görüşmüşəm, ona borcum olmadığını bildirmişəm. Sonradan o mənim maşınımı da əlimdən aldı. Öz adamlarını hər dəfə üstümə göndərib, hədə-qorxu gəlib. İsfəndiyar vergidən yaylnmaq üçün mənim kimi insanlara tələ qurur, istifadə edir. Xahiş edirəm, məhkəmə işi düzgün araşdırsın".

Prokuror bildirib ki, təqsirləndirilən şəxs İsfəndiyar Axundovla üzləşməsə hər şeyi etiraf edib və pul mənimsədiyini boynuna alıb.

Təqsirləndirilən şəxs isə qeyd edib ki, həmin vaxt onu hədələyiblər, məcburiyyətdən hər şeyi boynuna alıb.

Hakim bildirib ki, "Şərur" MTK tərəfindən Rəşad Həsənova verilən pulun məbləği, əvəzində təqsirləndirilən şəxsin həmin pulun müqabilində nə qədər iş görməsi barədə məhkəməyə arayış təqdim edilsin.

Proses noyabrın 1- də davam etdiriləcək.

Xatırladaq ki, Rəşad Həsənov Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə təqsirləndirilir.

İttihama görə, o, "Şərur"MTK-da işlədiyi dövrdə şirkətin 20 nəfər əməkdaşına qarşı 1 milyon manata yaxın dələduzluq edib.

Xəbər 3536 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +