Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?


21.07.2023  11:27 

“Müalicəsini Mübariz Mənsimov qarşılayırdı“





A+  A-

"Dünən bu saatlarda (19 iyul-red) hava limanında idik. Səni yola salırdım Bakıya: övladının, ailənin, səni sevdiklərinin yanına. Əslində, iyulun 27-də Bakıya bərabər getməli idik, amma qəfil halı pisləşdi. Həkim məni otağına çağırdı və həyatımda ən ağır sözləri eşitdim: “Son günlərini, bəlkə də, saatlarını yaşayır. Dostunuzu ailəsinin yanına göndərin. Son".

XəzərNews.az xəbər verir ki, bunu ANS-in keçmiş əməkdaşı, "Palmali Holdinq"in sözçüsü Fidan Quliyeva tanınmış aparıcı Natəvan Babayevanın vəfatı ilə bağlı sosial şəbəkədə yazıb. O, mərhumun müalicə xərclərini çalışdığı şirkətin prezidenti Mübariz Mənsimovun qarşıladığını bildirib:

“Yer ayağımın altından getdi sanki. Boğularaq otaqdan çıxdım. Yorğun, ağrılı, halsız gözləri mənim üzümə, hər cizgimə diqqətlə baxırdı. Mən heç nə olmamış kimi, “Natəvan, bir həkim Bakıya uçur, səni onun nəzarətində Bakıya göndərək” dedim. Yanında zəng edib bilet aldım və sən demə, son 2 bilet imiş. Natəvan mənə dedi: “Bu, lap nağıl kimi oldu. Həkim, son biletlər, qan köçürülür mənə… Bu nə deməkdi, Fidan?” Dedim, səni Allah çox sevir, Natəvan, yolunu açır, gedəsən, uşağını görəsən. Bütün dərmanları buradan göndərəcəyik. Həmişə olduğu kimi.

Gözləri parıldadı, sevinirdi. Bu necə oldu belə? Qəfil Bakıya gedirəm… Qan vuruldu, sistemlər, dərmanlar hesabına Natəvan bir az özünə gəldi, amma bilirdim, o da bilirdi ki, müvəqqətidir. Elə deyirdi, Fidan, bunu niyə mənə edirsiniz? O qədər alışmışdı ki, həmişə çətinliklərlə mübarizə aparıb. Pərvanə Sabirqızı yanımızda idi. “Bəzi şeylər qarşılıqsız olur” dedi.

Müalicəsini artıq bir neçə il idi ki, Mübariz Mənsimov qarşılayırdı. Hava limanına gəldik və mən onu sonuncu dəfə yola saldım. Qucaqlaya bilmirdim, o qədər zəif idi. Xəstəlikdən bir dəri, bir sümük qalan çiyninə, əlinə toxunub bərk-bərk tutdum. Özümdən aslı olmayaraq, bəlkə də, onu incitdim o vaxt. Mən bilirdim ki, onu bir daha görməyəcəyəm. Gözümün içinə baxdı, vidalaşdıq. “Qorxmuram, narahat olma. Çatanda yazacağam sənə” dedi.

İndi mən Sənə yazıram, Natəvan…

Xatirələrimiz, şəkillərimiz, video, səsli mesajlarımız o qədər çoxdur ki… Amma sən yoxsan… Getdin. Mən də sənin üçün qorxmuram, amma… Bilirəm, məkanın cənnətdir. Gözəl, ürkək ürəkli dostum…”.

Qeyd edək ki, N.Babayeva xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, bu gün Salyanda, doğulduğu kənddə dəfn olunub.

Xəbər 1138 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +