“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...


01.12.2022  16:46 

“Peygəmbər Yereminin göz yaşları”... - Film təqdimatı - Foto





A+  A-

Almaniyanın Münhen şəhərində Yəhudi Mədəniyyət Mərkəzində Azərbaycanlı rejissorlar Rüfət Əsədovun və Vüsal Nazımoğlunun “Peygəmbər Yereminin göz yaşları” filminin təqdimatı keçirilib.

XəzərNews.az xəbər verir ki, təqdimat mərasimi Almaniyadakı Azərbaycan diasporunun fəallarından biri, əslən bakılı olan dağ yəhudisi Emin Salimov tərəfindən təşkil olunub.

Film əslən Azərbaycandan olan, dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhudilərinin Azərbaycana məhəbbətindən bəhs edir.

Filmin təqdimatında Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin nümayəndəsi Ülvi Nağıyev, Almaniya Yəhudi İcmasının fəallarından Emin Salimov, German Cantaliyev, Münhen və Yuxarı Bavariya İsrail Mədəniyyət Mərkəzinin prezidenti Şarlotta Knoblox,Yəhudi mədəniyyəti və ənənələrinə dəstək təşkilatını sədri Andrey Horovic, Beynəlxalq Azərbaycan-İsrail Assosasiyasının nümayəndələri Yeganə Salman, Şhaul Siman-Tov, Mixail Salman, Şmuel Simantov, “Münhen qafqaz yəhudiləri İctimai Birliyinin” rəhbəri Firuzə Yushvayeva, Avropada yaşayan yəhudi və azərbaycan təşkilatlarının nümayəndələri iştirak ediblər.





Xəbər 975 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +