“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...


01.12.2022  14:12 

Layihəyə yekun vuruldu... - “Ekosular.az” saytı yaradıldı





A+  A-

Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bakı və rayonlarda Xəzər sahillərinin və digər su hövzələrinin monitorinqi” layihəsi çərçivəsində monitorinqin nəticələrinə həsr edilmiş hesabat nəşr edib. Hesabatda monitorinqi aparılmış su hövzələrində çirklənmənin vəziyyəti barədə məlumatlar əksini tapacaq. Hesabat müvafiq dövlət qurumlarına, ictimai birliklərə və ekspertlərə paylanmaq üçün nəzərdə tutulub. Hesabatın nəşri ilə layihəyə yekun vurulub.

XəzərNews.az xəbər verir ki, layihənin məqsədi Azərbaycanda sahillərin və su hövzələrinin, sulardakı biomüxtəlifliyin, ətraf mühitin təmizliyinin qorunmasına, ölkənin turizm, xüsusən də ekoturizm baxımından cəlbediciliyinin artırılmasına yardımçı olmaqdır.

Layihə çərçivəsində “ekosular.az” saytı yaradılıb.

Saytda ətraf mühitin, o cümlədən, su hövzələrinin təmiz saxlanması, biomüxtəlifliyin qorunmasına dair araşdırma məqalələr, məlumatlandırıcı və maarifləndirici araşdırmalar, ekspertlərin təkliflərini təqdim edən yazılar yayımlanır.

Bu cür məlumatlandırıcı və maarifləndirici yazılar layihə bitdikdən sonra da layihə çərçivəsində yaradılmış saytda dərc olunmaqda davam edəcək.

Məlumat üçün bildirək ki, həmin yazılar, paralel olaraq müxtəlif media qurumlarında da yayımlanmaqla, ictimaiyyəti və müvafiq qurumları su hövzələrinin çirklənməsi barədə məlumatlanmağa, çirklənmənin qarşısını almaq üçün səfərbər olmağa səsləyir.



Xəbər 887 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +