Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?


02.10.2020  15:22 

Cəbhə xəttindəki enerji infrastrukturu da atəşə tutulub





A+  A-

Beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozmaqda davam edən Ermənistan silahlı qüvvələri bu gün də Goranboy, Tərtər, Ağdam, Füzuli və Ağcabədi rayonlarında enerji infrastrukturunu atəşə tutub.
Energetika Nazirliyindən XəzərNews.az-a daxil olan məlumata görə, Goranboyda 35/10 kV-luq “Xanqərvənd” yarımstansiyasından çıxan 10 kV-luq “Telestudiya” hava xətti, 110/30/10 kV-luq “Naftalan” yarımstansiyasından çıxan 10 kV-luq “Əzizbəyov” və “2-ci Subartezian” hava xətləri dəfələrlə vurulub.

Tapqaraqoyunlu kəndində 0.4 kV-lu paylayıcı şəbəkə yararsız haldadır, hələlik vəziyyətlə əlaqədar təmir-bərpa işləri mümkün olmayıb.

Tərtərdə isə 110/35/10 kV-luq “Tərtər” yarımstansiyasından çıxan 10 kV-luq “3 №-li AzGes”, “11 №-li Sarıcalı” hava xətləri, 35/10 kV-luq “Dəmirçilər” yarımstansiyasından çıxan10 kV-luq “3 №-li Borsunlu” hava xətti vurulub və bərpa edilib.

Füzulidə 35 kV-luq “Horadiz-Böyük Bəhmanlı” hava xətti, eləcə də 35/10 kV-luq “Horadiz” və “Mahmudlu” yarımstansiyalarından çıxan 10 kV-luq “Şükürbəyli”, “Qazaxlar”, “Babı” və “Alxanlı” hava xətləri bir neçə yerdən vurulub və bərpa olunub.

Şükürbəyli və Alxanlı kəndlərində 0.4 kV-lu paylayıcı şəbəkə isə yararsız haldadır, təmir-bərpa işləri görülür.

Ağdamda 110 kV-luq “Təzəkənd-1”, “Təzəkənd-2”, “Xındırıstan-1” və “Xındırıstan-2” hava xətləri vurulub. Bu xətlərin də bərpası təmin edilib.

Ağcabədidə 110/35/10 kV-luq “Qarabağ ” yarımstansiyasından çıxan 10 kV-luq “Minəxorlu” və 35/10 kV-luq “Qiyamədinli” yarımstansiyasından çıxan 10 kV-luq “PMK 4” hava xətləri vurulub və bərpa olunub.

Qaz təchizatı ilə bağlı son vəziyyətə görə Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin qaz təchizatının məhdudlaşdırılması davam edir. Hazırda Füzuli rayonunun 50%-dən artıq hissəsinə təbii qazın verilişi təmin olunub. Tərtər şəhərinin və 51 kəndin, Ağcəbədi rayonunun 25 kəndinin, Ağdam rayonunun isə 1 kəndi və 5 qəsəbəsi istisna olmaqla, 53 yaşayış məntəqəsinin də qaz təchizatı məhdudlaşdırılıb.

Xəbər 2248 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +