Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?


01.10.2018  12:06 

84 vakant vəzifəni kimlər tutacaq





A+  A-

Dövlət İmtahan Mərkəzi tərəfindən 1 oktyabr 2018-ci il tarixindən 4 dövlət orqanında inzibati vəzifələrin A və B növü üzrə 84 vakant vəzifənin tutulması üçün ümumi müsahibə elan edilib.
XəzərNews.az xəbər verir ki, ümumi müsahibəyə çıxarılan vəzifələrdən 43-ü A növü - inzibati rəhbər vəzifələr üzrə (Kənd Təsərrüfatı Nazirliyi üzrə 41 vəzifə, Dövlət Statistika Komitəsi üzrə 2 vəzifə), 41-i isə B növü – inzibati icraçı vəzifələr üzrə olmaqla (Kənd Təsərrüfatı Nazirliyi üzrə 18 vəzifə, Mədəniyyət Nazirliyi üzrə 1 vəzifə, Dövlət Statistika Komitəsi üzrə 6 vəzifə, Şəki Apelyasiya Məhkəməsi üzrə 16 vəzifə) mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında, yerli təşkilatlarında və rayon məhkəmələrindədir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 5-ci təsnifatına uyğun olan Dövlət Statistika Komitəsində sektor müdiri və Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətində Regional Bölmənin rəhbəri vəzifələridir.

Vətəndaşlar ümumi müsahibədə iştirak etmək üçün elektron qaydada qeydiyyatdan keçə bilərlər.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılmışdır. Artıq regionlarda yaşayan vətəndaşların sənəd qəbulu üçün Bakıya gəlmələrinə ehtiyac yoxdur.

Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır. Elektron qaydada daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, Mərkəzin tələbi əsasında müvafiq sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əsilləri Mərkəzə təqdim edilməlidir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizəd buradan “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına məlumatları daxil etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və 01 oktyabr 2018-ci il tarixindən 01 noyabr 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Xəbər 1463 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +