Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb
Türkiyə İsrailin Suriyadan İranı vurmasını əngəlləyə bilər?
Bu qurumun 4 milyon vergi borcu var
Prezident İlham Əliyev İrakli Kobaxidze ilə görüşüb
Borca görə intihara cəhd etdi
Britaniyadan Ukraynaya 589 milyon dollarlıq hərbi yardım
Yaşıllıqları qanunsuz kəsdilər
Amin Quliyev Tailanda Dünya Kubokunu qazandı
“Bolt” yalan danışır?


30.03.2018  10:48 

Yol Polisi “hərəkət edən radar”larla bağlı ittihamları CAVABLANDIRDI





A+  A-

Texnologiya inkişaf etdikcə, yollardakı qayda pozuntularını da aşkarlamaq asanlaşır. Bunun üçün bir çox texniki vasitə var. Bu sahədə 2015-ci ildə ölkəmizə gətirilən yol patrul avtomobillərində olan “İ-patrul” sistemi xüsusilə seçilir. Bu “hərəkət edən radar” istənilən yerdə durub qayda pozuntularını aşkarlaya bilər. Amma iddialara görə “İ-patrul” texniki vasitəsi Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən lisenziya almayıb. Bu iddialar nə qədər doğrudur?
XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib ki, dövlət tərəfindən alınmış xüsusi texnikanın lisenziyası olmaya bilməz.

“Patrul avtomobillərində mövcud olan “İ-patrul” sistemi hər il Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müvafiq standartlardan keçir. “İ-patrul” sisteminin standartdan keçdiyi tarix və növbəti yoxlamadan keçəcəyi tarix komitənin tərtib etdiyi protokolda öz əksini tapır. Əgər kiminsə onunla bağlı bir şübhəsi, narazılığı varsa, müraciət edə bilər, onunla bağlı biz ətraflı məlumat verərik. Amma hər bir şəxs arxayın olsun ki, onlar dövlət səviyyəsində alınmış xüsusi texniki vasitələrdir. “İ-patrul” sistemi təkcə sürət həddini aşanları qeydə alımır, bir çox funksiyaları var. O cihazların istifadəsi qanunvericilikdədə nəzərdə tutulub. Həmin cihazlar avtomatik rejimdə çalışır, onun ölçməsində insan faktoru yoxdur. Kimsə düşünməsin ki, polis əməkdaşı patrul avtomobilinin içərisində oturub istədiyi avtomobili radara salır. Əgər “İ-patrul”un görünüş sahəsində hər-hansı bir avtomobil yol hərəkəti qaydalarını pozursa, o halda həmin avtomobil qeydə alınır və Baş Dövlət Yol Polisi İdarisinin Mərkəzi İnformasiya sisteminə göndərir, nəticədə real vaxt rejimində həmin şəxs barədə inzibati xəta haqqında elektron protokol tərtib edilir.

K.Əliyevin sözlərinə görə, yol patrul avtomobili istənilən yerdə dayanıb qayda pozuntularını aşkarlaya bilər.

“Yol patrul avtomobilləri hətta hərəkətdə olan zaman belə «İ-patrul»lar qarşıdan gələn, onunla eyni istiqamətdə gedən müəyyən olunmuş sürət həddini aşan nəqliyyat vasitələrinin sürət həddini müəyyən edə bilir və onların sürücüləri haqqında elektron protokol tərtib edir. Amma müəyyən ərazilər var ki, təhlükəlidir. Məsələn, yaşayış məntəqələrində, xüsusilə də rayonlararası yolların üzərində yerləşən yaşayış mənqələrinin bəzilərində sürət həddi 60 km/saat müəyyən olunur, sürücülər o sürət həddinə riayət etsinlər deyə, həmin ərazilərdə nizamlanmayan piyada keçidi olduğundan təhlükəsizliyin təmin olunması məqsədi ilə patrul avtomobillərini saxlayırıq ki, ən azından sürücülər patrul avtomobilini görəndə sürət həddini aşağı salsın. Bu da bir çox yol qəzalarının, xüsusilə də piyada vurma hadisələrinin qarşısını alır”.

Xəbər 1589 dəfə oxunub.




11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...

11.04.2025  11:53 

Xanlar Vəliyev hakim təyin edilib

11.04.2025  08:20 

Ermənilər atəşkəsi pozub


BÜTÜN XƏBƏRLƏR +