Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub
“Hyundai Elantra” TIR-ın altına girdi - Video
Putin Əli Xamneyiyə məktub göndərib
Trampın qızı İvanka Kosta-Rikada dincəlir
Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?


07.07.2021  10:56 

Rusiyadakı qəzada ölənlərdən 9-nun cəsədi tapıldı





A+  A-

Rusiyada xilasedicilər “An-26” tipli sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olanların cəsədlərinin axtarışlarını davam etdirir.
XəzərNews.az “TASS”a istinadən xəbər verir ki, Kamçatkada qəza nəticəsində həlak olan 28 nəfərdən 9-nun cəsədi tapılıb.

Bildirilir ki, həlak olanların şəxsiyyətini müəyyən etmək üçün çox güman ki, genetik ekspertiza tələb olunacaq. Hazırda axtarışlar davam edir.

Palana qəsəbəsinin rəhbərliyindən verilən məlumata görə, axtarış işləri dənizin qabarmağa başlamasına qədər, yəni 18:00-a qədər həyata keçiriləcək.

Kamçatka vilayət rəhbərliyinin rəsmi saytında yer alan məlumata görə, təyyarənin qəzaya uğradığı əraziyə qalıqların və cəsədlərin axtarışı, həmçinin qırıntılar əsasında təyyarənin hansı şəkildə zərər gördüyünü araşdırmaq üçün iki vertolyot cəlb olunub. Bununla belə, yerüstü qüvvələr və könüllülər də axtarış işlərində iştirak edir.

Hazırda Palanada güclü külək müşahidə edilir. Dalğaların hündürlüyü isə 1,5 m-ə çatır.

Xəbər 2194 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +