Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb


27.10.2020  15:11 

Ermənistanda sərhəd qoşunlarının 37 hərbçisi ölüb, 243-ü yaralıdır





A+  A-

İşğalçı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları münaqişə bölgəsindəki döyüş əməliyyatları zamanı 37 nəfərin öldüyünü açıqlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Armen Abazyan mətbuat konfransında deyib.

“Döyüşlərə Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının hərbi qulluqçuları cəlb edildi. Təəssüf ki, 37 nəfər öldü, 4 nəfər itkin düşdü. Daha 243 nəfər xəsarət aldı”, - deyə o bildirib.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan ötən gün tutduğu vəzifədən azad edilib. Prezident Armen Sarkisyanın sərəncamı ilə bu vəzifəyə Arman Maralçyan təyin edilib.

Xəbər 2173 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +