“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


26.03.2024  12:10 

Mediada Jurnalistlərin Etik Davranış Qaydalarını pozan daha bir xəbər yayıldı





A+  A-

25 mart tarixində əksər media orqanlarında, xüsusən saytlarda bir gəncin döyülməsi hadisəsini əks etdirən xəbər yayılıb.

Xəzərnews.az xəbər verir ki,xəbərdə Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları ilə uyğun gəlməyən məqamlar diqqəti çəkir. Məlumata zorakılıq qurbanı olan şəxsin döyüldüyünü göstərən foto əlavə edilib. Qurbanın gözünün altındakı zərbə izləri kölgə effekti ilə verilsə də onun siması tam aydın görünür.

Bu yanaşma Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarında təsbit olunan 3.6.-cı maddənin pozuntusudur. Həmin şərtdə deyilir:

“Bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Bu, yalnız xüsusi məqamlarda və zərərçəkənin ictimai fiqur olduğu hallarda mümkündür”.


1.Döyüldüyü iddia edilən şəxsin belə halda fotosunun yayılmasına icazə verib-vermədiyi bilinmir. Məlumatda bu barədə heç nə yazılmayıb. Məntiqlə düşünəndə kiminsə fiziki şəkildə əzilmiş görkəminin ictimailəşməsinə razılıq verəcəyi ehtimalı çox azdır.


2.Şəxsin adı da açıqlanır, bu da yolverilməzdir.


3.Zərəçəkən ictimai fiqur deyil.


P.S. Təbii ki, qaydalar birmənalı olur. Sosial şəbəkələrin ənənəvi medianı küncə sıxışdırdığı dönəmdə qaydaları başqalarının azadlığına toxunmadan pozmaq bəlkə də keçərli sayılar. Əslində məhz bu səpkili məlumatda zərərçəkənin fotosu ümumiyyətlə verilməsə qaydalara hörmət etmiş olarıq. Verilirsə, heç olmasa üz-gözünü, onu tanıtdıra biləcək əzaları, işarələri gizlətsək yaxşıdır, medianın səliqəsinə, nüfuzuna xələl gəlməsin deyə.


Mediaekspert Monitorinq Qrupu


Xəbər 1041 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +