“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


27.02.2024  18:36 

“Əlində badə, damağında siqaret...” - Jurnalistdən ETİRAZ





A+  A-

"Mən siqaret çəkmirəm. Yəqin ki, ömrümün sonuna kimi də tütün məhsullarına əl uzatmayacağam. Siqaret çəkmək pis vərdişdir. Hesab edirəm ki, özünü, ailəsini düşünən insanlar bu vərdişdən uzaq qalmalıdır”.

Xezernews.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Onun sözlərinə görə, kişilərin siqaret çəkməyinin müxtəlif səbəbləri ola bilər: “Mənə elə gəlir ki, çox adam uşaq vaxtı nəzarətsizlik üzündən bu vərdişə yiyələnib. Sonra isə onu tərgitməyə iradəsi çatmayıb. Beləcə, tütün məhsullarının “stajlı” istifadəçisinə çevrilib. Bəlkə də uşaq olanda onunla profilaktik iş aparılsaydı, sonradan bu azara mübtəla olmazdı”.

Seymur Verdizadə sözlərinə belə davam edib: “Siqaretin zərərləri barədə çox yazılıb, çox danışılıb. Şüurlu insanın öz canına niyə qəsd etməsinin səbəbi mənə bəlli deyil. Loru dildə desək, insanın həm canı gedir, həm də malı. Normal insan niyə öz canına və malına qənim kəsilməlidir?

Təəssüflə qeyd etmək istəyirəm ki, siqaret çəkənlərin arasında xeyli tanınmış adam, alim, ziyalı var. Hətta onların bəziləri siqaretin fəal təbliğatçısına çeviriliblər. Halbuki ziyalının vəzifəsi cəmiyyəti pis vərdişlərdən çəkindirməkdir. Sosial şəbəkələrdə əlində badə, damağında siqaret olan adam görəndə dərhal dostluqdan çıxarıram. Bu da pis vərdişlərə qarşı mənim mübarizə üsulumdur. Hamılıqla bu cür davransaq, sıralarımızda siqaret çəkənlərin sayı azalar”.

Xəbər 1118 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +