Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


15.09.2020  21:48 

MSK nə vaxt yenidən formalaşacaq? - AÇIQLAMA





A+  A-

Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin parlamentin yaz sessiyasında formalaşdırılacağı proqnoz edilsə də, bu, gerçəkləşmədi.
Məlumat üçün bildirək ki, yeni parlament formalaşan kimi MSK-nın da tərkibi təsdiqlənməlidir. Bəzi mətbuat səhifələrində MSK sədri Məzahir Pənahovun yaxın vaxtlarda sədrlikdən gedəcəyi barədə informasiyalar yer almaqdadır.

XəzərNews.az-ın məlumatına görə, o zaman parlamentin payız sessiyasının ilk vaxtlarında MSK-nın tərkibi dəyişəcəkmi? Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Modern.az-a açıqlamasında bildirib ki, bu məsələ faktiki olaraq nəzərdə tutulub:

“Qanunvericilikdə bu addımların konkret hansı müddətə atılması göstərilməyib. Prosedur isə belədir ki, adətən yeni parlament formalaşandan sonra Mərkəzi Seçki Komissiyası da formalaşır. Hazırda açığı, MSK-nın yenidən formalaşacağı barədə heç bir məlumat yoxdur”.

Məzahir Pənahovun yaxın vaxtlarda sədrlikdən getməsinə gəlincə, deputat bunu etik hesab etməyib:

Həm MSK-nın yaradılması qaydası və fəaliyyəti kimi məsələlərin tənzimlənməsi Seçki Komissiyası ilə müzakirə olunur. Konkret olaraq ayrı-ayrı orqanların burada vəzifələri müəyyənləşir. Həmçinin bu vəziyyət bir adamdan asılı deyil ki, konkret istiqamət, yaxud da konkret proqnoz verək. Ona görə də öncədən Məzahir Pənahovun dəyişəcəyi yaxud da dəyiçşməyəcəyi barədə proqnoz vermək çətindir. Açığı, düşünürəm ki, bu cür proqnozlar etik də deyil".

Xəbər 2847 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +