Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


19.12.2018  13:58 

Deputatdan Tarif Şurasına ÇAĞIRIŞ: “Kefləri nə istəyir...”





A+  A-

Parlamentin dekabrın 18-də keçirilən iclasında Mənzil Məcəlləsində dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı deputat Fazil Mustafa yeni inşa edilən mənzillərdə yaşayan vətəndaşlar üçün kommunal xərclərin qiymətləndirilməsi məsələsinə toxunub.
XəzərNews.az-ın məlumatına görə, deputat bu sahədəki narazılıqlarını dilə gətirib:

“Yaşayış və qeyri-yaşayış sahələri Bakı şəhərində 4 kateqoriya bölgüsü ilə qiymətləndirildiyi halda, mənzillərin harada yerləşməsindən asılı olmayaraq, binanın idarəçiliyini əlində saxlayan şəxslər və ya qruplar istədiyi kommunal qiyməti müəyyənləşdirir,qarajlara istədiyi məbləğdə qiymət qoyur. Bununla belə, ödənən vəsait müqabilində keyfiyyətli xidmət də göstərmirlər.

Halbuki, bu özbaşınalığın ən böyük zərbəsi vətəndaşlara dəymiş olur. Şəhər ərazisinin hər kateqoriyası üzrə Tarif Şurası maksimum kommunal xərclərin məbləğini müəyyənləşdirməlidir ki, insanlar əvvəlcədən öz büdcələrinin imkanlarını ölçüb-biçsinlər”.

Deputat qaraj xidmətlrəinin də həddinən baha olduğunu vurğulayıb:

“Qarajları elə baha edirlər ki, insanların almaq imkanı olmur və çox vaxt boş qalır. Əvəzində əksəriyyət avtomobilini binanın həyətində saxlayır və insanlar üçün hərəkət məhdudlaşır, istirahət etmə imkanları yox edilir. Bakıda inşa edilən binaların sakinlərinin 70 faizi mülkiyyət sənədinə sahib deyil, halbuki bütün mədəni ölkələrdə mənzilin pulunu ödədinsə, artıq rəsmi sənədini verməlidirlər. On illərlə bina təhvil verilməyəcək deyə, vətəndaşın adi alqı-satqı əməliyyatı etməyi mümkün olmur. Bu cür dərəbəylik ancaq bizdə mövcuddur və mülkiyyətçilərin hüquqlarını qoruyacaq heç bir mexanizm yoxdur”.

Xəbər 1665 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +