Prezident Yunanıstanın Baş naziri ilə görüşüb
Tehranın nüvə silahına ehtiyacı yoxdur - Xamenei
2026-cı ildən hibrid avtomobillər bahalaşacaqmı?
Prezident və xanımı BMT-nin mənzil qərargahına gəlib
Sürücülərdə bu vərdiş qəza riskini 20 dəfə artırır
Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA


28.05.2022  20:30 

Yeniyetmə idmançımız “1 DAN qara kəmər ustası” adına layiq görüldü - Fotolar





A+  A-

28 may – Respublika Günü münasibəti ilə Azərbaycan Taekvondo Federasiyasında keçirilən yarışın qalibləri bəlli olub.

XəzərNews.az xəbər verir ki, qaliblərdən biri də Kamran Elnur oğlu Haznəzərovdur. K.Haqnəzərov “1 DAN qara kəmər ustası” adına layiq görülüb. O, Beynəlxalq “Real Aykido” Federasiyasını təmsil edib.

Qeyd edək ki, K.Haqnəzərov 2010-cu ildə Bakı şəhərində anadan olub. 2014-cü ildən isə “Real Aykido” döyüş sənəti ilə məşğul olmağa başlayıb.



Yeniyetmə idmançı ötən müddət ərzində bir sıra yerli və beynəlxalq yarışların qalibi olub.

“Arzum budur ki, bu döyüş sənəti üzrə bütün mərhələləri uğurla keçim. Bunun üçün də əzmlə çalışıram. Bu işdə mənə dəstək olan müəllimlərimə və atama təşəkkür edirəm. Hədəfim Azərbaycanın üçrəngli bayrağını beynəlxalq idman arenalarında qaldırmaqdır”, – deyə K.Haqnəzərov bildirib.



Xatırladaq ki, “Real Aykido” müasir aykidonun bazasında yaradılmış effektli və geniş tətbiqə malik özünümüdafiə sistemidir. “Real Aykido”nun yaradıcısı 10-cu DAN qara kəmər ustası, “Real Aykido” “Ciu-citsu” üzrə akademik, general-polkovnik Lyubomir Vraçareviçdir.

“Real Aykido” - olduqca effektiv, dinamik və sərt özünümüdafiə sistemidir. “Real Aykido”nun məhz dinamikliyi və sərtliyi onun ən vacib amillərindən biridir. Texnikaların kombinasiyası onun konkret və ekstremal vəziyyətlərdə maksimum effektiv olmasını təmin edir.







Xəbər 7250 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +