Abşeronda elektrik açarını hansı qurum “oğurlayıb” ?
Nigar Fərhadın təhsil şirkətində dələduzluq
Azyaşlıya qarşı əxlaqsızlıq edərək çəkiliş edən qohumla bağlı qərar
Adnan Əhmədzadənin vəkili işdən çıxarıldı
“Rahat“ supermarketləri bağlanır? -İDDİA
AİBNDX öz keçirdiyi tenderi özü ləğv edib
Ankara Bələdiyyəsinə qarşı əməliyyat keçirildi
Məhrum edilən uşaqlar, unudulan dəyərlər
220 saylı məktəb-liseydə nə baş verir? - Araşdırma başladı
Ağalarovların əmlakının müsadirəsi tələb edilir


19.09.2025  16:00 

İsrail ordusu Qəzzanı boşaldır





A+  A-

İsrail ordusu Qəzza şəhərində "misilsiz güc"lə əməliyyat aparacaq.

XəzərNews.az xəbər verir ki, bunu İsrail Müdafiə Ordusu bəyan edib.

Bildirilib ki, 48 saat əvvəl açılmış müvəqqəti təxliyə yolu bağlanıb.

İsrailin Qəzza şəhərini ələ keçirmək planı beynəlxalq səviyyədə etirazlara səbəb olub. Artıq təxminən iki ildir davam edən müharibə nəticəsində tamamilə dağıdılan bu ərazidə BMT aclıq elan edib.

İsrail ordusunun ərəbdilli sözçüsü Aviçay Adrae "X" sosial platformasında Qəzza sakinlərinə müraciət edib:

“Salah əl-Din yolu cənuba gedən nəqliyyat üçün bağlıdır. İsrail Müdafiə Qüvvələri HƏMAS və digər terror təşkilatlarına qarşı misilsiz güc tətbiq etməyə davam edəcək”.

O əlavə edib ki, yeganə açıq yol Əl-Rəşid küçəsidir və insanlar bu fürsətdən istifadə edərək, cənubda yerləşən humanitar zonaya köçməlidirlər.

BMT-nin avqustun sonuna olan məlumatına görə, Qəzza şəhəri və ətrafında təxminən bir milyon insan yaşayır. İsrailin iddiasına görə, bu sakinlərin yüz minlərlə nəfəri artıq şəhəri tərk edib.


Xəbər 2376 dəfə oxunub.




23.09.2025  00:02 

Tramp Zelenski ilə görüşəcək


BÜTÜN XƏBƏRLƏR +