Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar


07.07.2022  16:39 

Çıxarın Azərbaycanı bu xaosdan...





A+  A-

Müğənni Rozanın sahibləndiyi bala, aktyor Corc təbii ki, bu dövlətindir, bəli! Amma dövlətin adam siyahısı kimləsə dostluğa görə məhdudlaşmamalı. Yaxın oturun, deyim daha kimlər bu dövlətindir...

...Hirsindən kitablarını yandıran aşbaz Tahir müəllim də bu dövlətindir.

...Qazi də bu dövlətindir.

..."Tərtər işi" şəhidləri də bu dövlətindir.

...Bütün sahələrdə silinən milli kadrlar da bu dövlətindir.

...Ölkədən baş götürüb gedən insan da bu dövlətindir.

...Od qiymətinə təyyarə bileti almağa məhkum qalanlar da bu dövlətindir.

...Yüzlərlə məhkəmə, məmur ədalətsizliyinə uğrayan vətəndaş da bu dövlətindir.

...Mağazada borc dəftərlərinə adı düşənlər də bu dövlətindir.

...Çörəyi nisyə alan ailələr də bu dövlətindir.

...Cərimələr altında əzilən adamlar da dövlətindir.

...Sərhəddə, gömrükdə zülüm çəkənlər də dövlətindir.

...Bahalıqdan boğulanlar da dövlətindir.

Hələ nə qədər artırmaq olan bu siyahını...

Qısacası isanlar Corca, Rozaya yox, insanlar onları görməməyinizdən yana nifrət püskürür.

İnsanlar ədalətsizlikdən usanıb.

İnsanlar sevgisizdir, yorğundur.

Ona görə bütün uğurlara nifrət edirlər.

Hələ üstəlik, onların dırnağı olmayan başlar deyəndə ki, "uğursuzlar bağırır" adamlar ikiqat nifrət püskürür.

Ən vacibi hələ ruhunuz iflic deyilsə insanlar nifrətdə də sevgi püskürür. Yəni deyir ki, qoymayın sizin əməliniz, bizim hikkəmiz bu dövləti, ölkəni dağıtsın, bizi görün, bizə əl uzadın, kömək edin. Çıxarın Azərbaycanı bu xaosdan. Axı bu dövlətin olanını məhdudlaşdırıb, bəlli katrqoriyaya hər şey üçün izn verib, niyə bu eybəcər mənzərəni yaradırsınız ki?

Bundan necə həzz almaq, necə keflə, rahat yaşamaq olar görəsən?

Nə bilim, bəlkə də adamlara "çörək yoxdur, pirojna yeyin" demək, əziyyətlə kürsü qazanmyanlara çox asandır, bilmirəm.

Amma iki-üç gündür, Corca da, Tahir bəyə də, elə özümə də yazığım gəlir...

Jalə Mütəllimova

Xəbər 1988 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +