Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu


06.07.2022  17:52 

“Bravolaşmış” məmləkətdə bu şəbəkə marketlərə sərf etmir... - Bəs kəndli nə etsin?





A+  A-

Sosial şəbəkələrdə, mediada bir çox adam meyvələrin baha olmasından şikayət edir, başadüşüləndi, amma obyektiv baxış deyil. Ölkədə meyvə istehsalçıları il boyu gözlətini 2-3 ay mövsümdə qazanacaqları pula dikiblər, məmləkətdə hər şeyin baha olduğu, ərzaq iflyasiyasının rəsmi rəqəmlərə görə 20%-dən artıq olduğu bir dövrdə meyvə istehsalçısı nə etməlidir ki?! Əgər öz gilasını, almasını, albalısını, əriyini satıb əvəzində baha un, yağ, ət almalıdırsa, qiyməti artırmaqdan başqa nə yolu qalır?!

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

N.Cəfərli bildirib ki, “bağdan süfrəyə” məhsulları çatana qədər 10 əl dəyişir, onların birbaşa bazara çıxışı da yoxdur, söhbət ondan getmir ki, hər fermerə şəhərdə bir “piştaxta” verilsin, bu heç istehsalçıya da sərf etməz – fermer hər gün öz bağından 3-5 yeşik meyvə yığırsa bunu gündəlik Bakıya gətirib satmaq sərf etməz, heç yol xərcini ödəməz

“Amma ölkədə normal sistem qurulsaydı, dövlət konkret dəstək göstərsəydi, məsələn, hər kənddən növbəli sistem ilə gündə 1 fermer həm öz, həm də həmkəndlisinin malını Bakıya gətirib satar, pulunu da gətirib kəndliyə verərdi. Bu sistem qurulsa hər kənddə fermerə ayda 1-2 dəfə bazara mal gətirmək növbəsi düşərdi. Bir şərtlə ki, şəhərdə satış yeri üçün pul verməsin, yolda ona DYP-lar ondan pul-para almasınlar – vəssalam, bu zaman fermer də qazanar, əhali də daha ucuz mal-məhsul alardı.

Amma supermarketlərlə süslənmiş, “bravolaşmış” məmləkətdə bu şəbəkə marketlərə sərf etmir axı, ona görə də belə bir sistemin qurulmasında maraqlı deyillər. Qaragün kədli min bir əziyyətlə öz malını şəhərə çatdırıb hansısa metronun qarşısına yeşik düzüb satmaq istəsə də 10 yerdən “əliqovluqlular” və “əlidəyənəklilər” peyda olurlar...”


Xəbər 1664 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +