Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


15.09.2021  13:35 

İsgəndər Həmidovun 20 şirvanı, “Lotu Quli”nin etirazı... - Qobustan türməsindəki dialoq





A+  A-

Ötən il dünyasını dəyişən Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidovla 2020-ci ilin avqustunda İstanbulda qətlə yetirilən “Lotu Quli” ləqəbli “Qanuni oğru” Nadir Səlifov eyni həbsxanada cəza çəkiblər.
XəzərNews.az Kriminalqafqaz-a istinadən xəbər verir ki, həmin müddətdə Səlifovla Həmidov arasında maraqlı dialoqlar olub.

Bu barədə sabiq məhkum söhbət edərkən bildirir ki, “Lotu Quli” ilə İsgəndər Həmidovun bir-birinə qarşı hörməti vardı:

“Deyim ki, Həmidov məhkumlar arasında nüfuzlu idi. Keçmişində “paqon” daşımasına görə onun oğru dünyasındakı yeri başqa idi. Kiminsə taleyinin həll olunmasına dair müzakirələrdə iştirak edə bilməzdi. Çünki “katyol”da oğru mandatı yox idi. Kriminal baxımdan olmasa da, siyasi baxımdan avtoritet idi. Ona hamı hörmət bəsləyirdi. Çünki nazir olduğu vaxt 701 nəfəri azadlığa buraxmışdı. İsgəndər Həmidovun olduğu korpusda heç kim karserə salınmır, “sutka” yatmırdı. O, məhkumları qoruyurdu. Bir dəfə gördü ki, tanınmış məhkumlardan birinin ərzağı həddindən artıq çoxdur. Bunu bir həftəyə yeyib qurtara bilməz, ərzaq xarab olacaq. O, həmin ərzaqları götürüb, ehtiyacı olanlara payladı. Ərzağın sahibi olan məhkum isə etiraz etdi. Dedi ki, “bu hərəkətin adı nədir?” İsgəndər Həmidov cavab verdi ki, “adamlar orda acından ölür, sən burda ərzağı xarab edirsən”

Qobustan həbsxanasında olanda bir dəfə “gəzintidə” maraqlı bir söhbət eşitdim. O başa, bu başa addımlayırdıq. Birdən İsgəndər Həmidov dedi ki, filan kameraya 20 şirvan pul göndərmişəm, xəstələri var. “Lotu Quli” də qayıtdı ki, “niyə elə etmisiz, bəy? Axı ora “praqon” altındadır. Ora “obyavka” olunan “qad”ların kamerasıdır”.

Maraq üçün bildirək ki, “obyavka” məhbusların statusunun bəyan edilməsidir. “Qad”lar isə hətta üzdəniraqlardan aşağıdır. Zonda ən alçaq, əclaf, yaramaz insanları “qad” adlandırırlar. Onlarla ünsiyyətə girmək olmaz.

Təsəvvür edin: üzdəniraqlarla müəyyən ünsiyyətə girmək, məsələn, çay istəsələr vermək olar. Amma “qad”larla heç bir ünsiyyət olmaz.

İsgəndər Həmidov da bunu bilə-bilə onlara pul göndərmişdi. “Quli” elə deyəndə, Həmidov bildirdi ki, “mən “paqon” olmuşam, oğru deyiləm. Adam xəstədirsə, yardım etmək lazımdır”.

Qeyd edək ki, İsgəndər Həmidov 1992-ci ilin avqust-oktyabr aylarında 701 məhbusu həbsdən azad etdiyinə, ”İstiqlal” qəzetinin redaktor və əməkdaşlarını döydüyünə, 400 min dollarlıq mənimsə ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 2003-cü ilin dekabrında əfv fərmanı ilə azadlığa çıxmışdı.

Nadir Səlifovun son cəzasının müddəti isə 15 il idi. Ümumilikdə ömrünün 20 ilini dəmir barmaqlıqlar arasında keçirən “Lotu Quli”, 2017-ci ildə azadlığa çıxmışdı.

Xəbər 7160 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +