Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar


13.11.2020  15:23 

Zaxarovadan ermənilərin ittihamına reaksiya





A+  A-

“Bir çoxları hələ də Qarabağdakı Rusiya sülhməramlı missiyasının miqyasını və əhəmiyyətini tam anlamır”.
XəzərNews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova bu gün keçirilən brifinqdə bildirib. O, mətbuatdakı nəşrləri və Rusiyanın Qarabağ münaqişəsində müttəfiqi olan Ermənistanı tərk etdiyinə inananları tənqid edib.

“Hər bir nəşrin hər versiyası əvvəlki versiyaya ziddir. Bu nədən xəbər verir? Bəlkə də ekspert qiymətləndirməsinin zəifliyi barədə, bəlkə də əvvəllər orada baş verən proseslər, indi yaranan vəziyyət və Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan bəyanatda göstərilən perspektivlər və hədəflər barədə dərin bir anlayış yoxdur”.

Zaxarova bildirib ki, Rusiya Ermənistanı və erməniləri tərk etməyib, Rusiya bu vəziyyəti nizamlamaq üçün bütün qüvvələrini səfərbər edib - ilk növbədə siyasi, diplomatiya, beynəlxalq hüquq, danışıqlar prosesindən istifadə edərək, daha sonra isə sülhməramlıları göndərərək.

O qeyd edib ki, bu gün qəzetlərdə və televiziya proqramlarında bir-birilərini tənqid edənlər bölgədəki sakinlərinin təhlükəsizliyinin, sülhün və gələcəyinin rus sülhməramlıları tərəfindən təmin edildiyini unutmamalıdır:

“Bu, Rusiyanın bölgənin sabitliyində nə qədər istəkli olması sualına cavab verir”.

Xəbər 2226 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +