Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar


05.10.2020  13:11 

Leyla Abdullayeva raketlərin atıldığı yerlərin adını açıqladı





A+  A-

Hazırda Xarici İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ermənistan ərazisindən Azərbaycanın mülki əhalisinin yaşayış məntəqələrinin raket atəşinə tutulması ilə bağlı brifinq keçirir.
XəzərNews.az-ın verdiyi xəbərə görə, XİN-in Mətbuat katibi Leyla Abdullayeva, Baş Prokurorluğun Mətbuat katibi Günay Səlimzadə və Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxış ediblər.

L.Abdullayeva bildirib ki, son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən beynəlxalq humanitar hüququ və Cenevrə Konvensiyasını kobud şəkildə pozaraq məqsədli şəkildə Azərbaycanın mülki əhalisini atəşə tutur: “Sentyabrın 27-dən bu günədək Ermənistan silahlı qüvvələrinin atəşləri nəticəsində 24 mülki şəxs qətlə yetirilib, 121 mülki şəxs xəsarət alıb, 300 mülki infrastruktur dağıdılıb. Ermənistan silahlı qüvvələri Naftalan, Bərdə, Tərtər, Şəmkir, Ağdam, Füzuli və digər şəhərləri artilleriya və raket atəşinə tutub. Bundan sonra Azərbaycanın ikinci ən böyük şəhəri Gəncə, xüsusi strateji infrastrukturun yerləşdiyi Mingəçevir, Abşeron və Xızı rayonları raket atəşinə məruz qalıb. Bu raket atəşləri Ermənistana məxsus Gorus, Sisyan, Vardenis, Cermuk və Berddən atılır”.

Leyla Abdullayeva deyib ki, Ermənistan Prezidenti “Əl Cəzirə” telekanalına müsahibəsində etiraf edib ki, dünyanın bir çox ölkələrindən erməni əsilli şəxslər döyüşlərdə iştirak üçün Ermənistana gəlir və döyüşlərə qatılırlar: “Açıq mənbələrdə Yaxın Şərqdə terror qruplarının tərkibində döyüşmüş terrorçuların da Ermənistan tərəfindən döyüşə qatıldığı haqda məlumat yayılıb. Son zamanlar Ermənistan diaspor təşkilatları vasitəsilə xaricdə yaşayan ermənilərin müəyyən vəsait qarşılığında toplanılaraq döyüşmək üçün Ermənistana gətirilməsi haqda məlumatlar var. Hazırda Ermənistan və erməni diaspor təşkilatları Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş terror aktlarına görə beynəlxalq məsuliyyət daşıyırlar. Həmçinin, öz vətəndaşlarının Ermənistana gələrək orada döyüşlərdə iştirak etməsinə şərait yaradan digər dövlətlər də əslində məsuliyyət daşıyırlar”.

Leyla Abdullayeva qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan silahlı qüvvələrinin başladığı təxribata qarşı həyata keçirdiyi və keçirəcəyi əks hücum əməliyyatları nəticəsində yarana biləcək xüsusatlara görə Ermənistan rəhbərliyi məsuliyyət daşıyır: "Azərbaycan Ermənistanın hərbi siyasi rəhbərliyindən beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğal altında olan ərazilərdən dərhal çıxmağı tələb edir".

Xəbər 2615 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +