Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar


05.10.2020  09:07 

“Biz öz ləyaqətimizi müdafiə edirik” - İlham Əliyev





A+  A-

“Azərbaycan müstəqil ölkədir. Bizim müstəqilliyimiz bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Azərbaycanın beynəlxalq arenada çox güclü mövqeyi var”.
XəzərNews.az bildirir ki, bu sözləri Prezident İlham Əliyev oktyabrın 4-də “Əl-Ərəbiyə” televiziya kanalına müsahibəsində deyib.

“Mən bizim nailiyyətlərimizlə bağlı sizə cəmi iki misal gətirə bilərəm. Bir neçə il bundan əvvəl 155 ölkənin dəstəyi ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasına seçildi. Bu, bizim müstəqil siyasətimiz sayəsində və ölkəmizin beynəlxalq ictimaiyyətin çox məsuliyyətli üzvü olması sayəsində oldu. Bu il biz Bakıda 120 ölkənin iştirakı ilə Qoşulmama Hərəkatının sammitini keçirdik və Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi üzərinə götürdü. Bu şərəfli vəzifə 120 ölkənin yekdil qərarı ilə Azərbaycana həvalə oldu.

Marionet ölkə bu dəstəyi ala bilərmi? Marionet ölkələr miskindir. Heç kim onlara hörmət etmir. Heç kim onlara diqqət yetirmir. Bu gün Azərbaycanın sözü dünya üçün əhəmiyyət kəsb edir. Bu gün regionda Azərbaycan olmadan heç bir siyasi, iqtisadi, enerji, nəqliyyat layihəsi həyata keçirilə bilməz və bizə marionet deyənlər özləri marionetdir. Qoy onlar güzgüyə baxsınlar. Onlar ölkələrə yuxarıdan aşağı baxmağa öyrəşiblər. Biz belə vəziyyətdə deyilik. Biz öz ləyaqətimizi müdafiə edirik, biz öz müstəqilliyimizi müdafiə edirik. Dünyada heç bir ölkənin bizim işlərimizə müdaxilə etməyə haqqı yoxdur və onlar bunu başa düşməlidirlər. Öz ərazi bütövlüyünü bərpa etmək Azərbaycanın maraqlarına xidmət edir. Azərbaycanın bir milyon insanı öz doğma torpaqlarına qayıdacağı vaxtı gözləyir və biz hökumət olaraq bunu təmin edəcəyik. Biz insanlarımızı öz vətəninə qaytaracağıq, şəhərlərimizi bərpa edəcəyik, kəndlərimizi bərpa edəcəyik. Biz işğal olunmuş bütün ərazilərdə Azərbaycan bayrağını qaldıracağıq”, - deyə dövlət başçısı əlavə edib.

Xəbər 2613 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +