Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu


05.08.2020  10:57 

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü keçdi





A+  A-

Ötən gün Beyrut limanında baş vermiş partlayış nəticəsində 78 nəfər həlak olub, 4 mindən çox insan xəsarət alıb.
XəzərNews.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, Livan hökuməti çox sayda insan itkin düşdüyü üçün ölənlərin sayının artacağını istisna etmir.

Partlayışa görə yaranmış dağıntıların altından insan cəsədləri çıxarılmağa davam edir. Xəstəxanaların yaralılarla dolduğu bildirilib.

Xatırladaq ki, avqustun 4-də Livan paytaxtında güclü partlayış baş verib. Partlayış nəticəsində şəhərin binalarının yarısı zərər görüb. Baş Nazir Həsən Diyab partlayışın Beyrut limanında 2750 ton ammonium nitratının 6 il ərzində düzgün saxlanılmaması nəticəsində baş verdiyini açıqlayıb.

Ölkədə üç günlük matəm elan edilib, həmçinin iki həftəlik fövqəladə vəziyyət elan ediləcəyi gözlənilir.

***
Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin Livan bölməsinin verdiyi məlumata görə, partlayış nəticəsində ən az 100 nəfər həlak olub, 4000-dən çox insan yaralanıb.

Qurumun rəsmisi Corc Kettani bildirib ki, ölənlərin sayının artacağı gözlənilir.

Xəbər 2002 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +