Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar


22.05.2017  10:36 

Prezident Abu Dabinin vəliəhdi ilə görüşdü





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Abu Dabinin Vəliəhdi, Birləşmiş Ərəb Əmirliklərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanının müavini Şeyx Məhəmməd Bin Zayed Əl Nəhyan ilə görüşüb.
XəzərNews.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğu və dinamik şəkildə inkişaf etdiyi bildirilib. Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin və ölkələr arasında hava uçuşlarının sayının artması məmnunluqla qeyd edilib, ticarət əlaqələrinin genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.

Söhbət zamanı sərmayə qoyuluşu, enerji sahəsi, Azərbaycanda yaradılan azad ticarət zonasında Birləşmiş Ərəb Əmirliklərinin iştirakı, neft-kimya, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə sahələrində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu bildirilib və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər 1682 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +