Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama
Diqqət: İmtahanların vaxtı dəyişdi
EFİRLƏRİMİZ: At ölüb, itlərin BAYRAMIDIR
Mayın ilk günü... - Hava necə olacaq?
Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb
İlham Əliyev Qusarda... - Fotolar
Rusiyanın barıt zavodu vuruldu


26.02.2017  20:43 

Səngərdə olmaq şərt deyil...





A+  A-

İddia edirəm, dünyanı vəzifəyə əməl etməyimiz deyil, vəzifədən ziyadə hərəkətlərimiz xilas edəcək.
İcazə verin iddiamı bir misalla izah eləyim. Üsul elmində belə bir məsələ müzakirə olunur. Tutalım, ağa quluna əmr edir: "Mənə bir bardaq su gətir!" Qul onu dinləmir. Ağanın qulunu cəzalandırmağa haqqı varmı? Cavab yekdildir: haqqı var! Amma başqa bir situasiyada: Ağa susuzdu, susuzluq hətta onun üzündə də özünü göstərir, amma (müəyyən səbəblərdən) ağzını açıb, qulundan su istəmir və qul ağasının susuzluqdan yandığını görsə də su gətirmir. Belə halda ağanın qulunu cəzalandırmağa haqqı varmı? Burda alimlərin fikri haçalanır. Bəzi alimlər deyir ki, xeyir, nə qədər ki, istək özünə söz forması almayıb tələb sayılmır və tələb olmadığına görə cəza da ola bilməz. Bəzi alimlər isə deyir ki, bəli, ağa belə qulu cəzalandıra bilər. Nə olsun ki, ağa sözlə əmr edə bilməyib, axı onun üz-gözündən nə istədiyi bəlli olub.

Mənim fikrimcə, ikinci situasiyada vəzifə yox, bayaq adını hallandırdığım "vəzifədən ziyadəlik" var. Qulun belə bir vəzifəsi yoxdursa da vəzifəsindən ziyadə hərəkət edib ağasına su gətirməli idi.

Məsələn, bizim dilə ərəb dilindən keçmiş “səxavət və kəramət” sözlərinin ikisnin də tərkibində “bəxşiş etmək”, “vermək” mənaları yatır, amma bu iki “verimin” arasında böyük bir fərq var. “Səxavətli” insan o kəsdir ki, ondan istədikdə əlini boş qaytarmaz, “kəramətli” insan isə qarşı tərəfin ehtiyaclı olduğunu hiss edib (ağız açmasını gözləmədən) onun ehtiyacını təmin edən insana deyilir. Ona görə də həmişə “kəramətlilik” “səxavətlilikdən” daha ülvi dəyərdi. Nədən ki, kəramətdə də vəzifədən ziyadəlik var.

Sizi kəramətli olan (istəmədən bəxş edən) Allahınızdan qaçıran nədi?! (İnfitar 6.)

Gördüyünüz kimi, Yaradanın vəsfində də eyni səbəblə, “o səxavətlidir” deyil, daha çox, “o kəramətlidir” deyilir. Çünki Allah bizə bütün verdiklərini biz istəmədən verib. Hansımız Ondan həyat istəmişik ki?!...

Haqlısınız, şəhidlikdə də vəzifədən ziyadəlik var. Nədir Mübariz İbrahimova duyulan bu möhtəşəm sevginin sirri? Yenə də vəzifədən ziyadəlik! Yuxarıdakı qul misalındakı kimi, "lazımı" gözləmədi Mübariz, torpaq şəhid istəyirdi - bu onun rəngi-ruhundan, miskin görkəmindən bəlli idi. Mübariz bu arzunu duydu və getdi, susuz torpağının dodaqlarını öz qanıyla suvardı. Mübarizin vəzifə borcu deyildi bu, getməsəydi, heç kim onu qınamayacaqdı da, amma getdi...

İmam Hüseynin qardaşı Həzrət Əbəlfəzl var Aşura hadisələrində. Uşaqlar ayaqyalın üstünə hücum çəkir: Əmi, biz susuzuq! Əbəlfəzin ürəyi titrəyir. Uşaqların gözünün içinə baxa bilmir. Atına minir, döyüşə-döyüşə özünü Fərat çayına çatdırır. Özü də susuzdu. Bir ovuc o büllur kimi sudan götürür, qurumuş dodaqlarına yaxınlaşdırır, amma içə bilmir, hətta özünə əsəbiləşir də:

"Hüseynin körpə balaları susuzkən sən necə su içərsən, Əbəlfəzl?"

İçsəydi onu kim qınayacaqdı ki? Amma içmir, vəzifədən ziyadə davranır və tarixə bir mesaj verir.

Dünyanı borclar, öhdəliklər, məsuliyyətlər deyil, belə, vəzifədən ziyadə hərəkətlər xilas eəcək!

Torpaqlarımız işğaldadı... Xocalı günləridi... Borc-vəzifə gözləmədən hamı MÜBARİZ olmalıdı və bunun üçün səngərdə olmaq şərt deyil, çünki bütün həyat səngərdi elə. O torpağı qorudu, sən dəyəri qoruyacaqsan, nədən ki, onu da Mübariz kimi yetişdirən – bir dəyər idi.

Bir şairin də misralarına hopduğu kimi:

Çox dedim ki, ürəyimə:
- nə işinə...?!
Söz keçirə bilmədim ki…

İlqar Kamil

Xəbər 7020 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +