Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək
İlham Əliyev ATƏT-in Baş katibini qəbul edib
Azərbaycan Pakistanı dəstəkləyir - Politoloq
İran Donald Trampı aradan götürmək istəyir
İcra hakimiyyəti Novruz şənliyi üçün apreldə tender keçirib
Meyxanaçı həbs edilib - Gəncədə...
Yarım milyonluq kibercinayətkarlıq - Bakıda...


22.10.2021  12:14 

Badamdar qəsəbəsində sürüşmənin qarşısı necə alınır?





A+  A-

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində sürüşmənin qarşısının alınması məqsədilə görülən işlər davam edir.

Badamdar qəsəbəsində həyata keçirilən tədbirlər barədə məlumat verən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaat” Layihə İnstitutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev ərazidə geniş tədqiqat və layihələndirmə işlərinin yapon mütəxəssislərlə birlikdə aparıldığını bildirib.

Qeyd olunub ki, sürüşməyə qarşı tədbirlər FHN-in əməkdaşları və Yaponiyanın “Şiney” şirkətinin əməkdaşları ilə birlikdə hazırlanan dördmərhələli layihə əsasında həyata keçirilir. Layihəyə əsasən, əvvəlcə sürüşmənin əsas səbəblərindən olan yeraltı suların ərazidən kənarlaşdırılması üçün tədbirlər görülür. Belə ki, dərinliyi 30, diametri 3,5 olan quyular qazılıb. Həmin quyuların içərisindən isə uzunluğu 50-60 metr olan üfüqi istiqamətdə sugötürücülər quraşdırılıb. Hazırda bu işlər yekunlaşdırılıb. Aparılan müşahidələrə əsasən, yeraltı suların səviyyəsi 7-8 metr aşağı düşüb.

Diqqətə çatdırılıb ki, bu mərhələ yekunlaşdıqdan sonra digər mərhələlərdə Badamdar-“20-ci Sahə” avtomobil yolunun sağ tərəfində dərinliyi 9 metr olan dəmir-beton konstruksiyaların üzərində istinad divarı inşa edilib. Bu işlər yekunlaşdırılıb və yolun bir hissəsi torpaq kütləsindən təmizlənib. İkinci mərhələ üzrə isə terraslarda dəmir-beton konstruksiyalar üzərində rosveklər quraşdırılmaqla bərkitmə işlərinə başlanılıb. Artıq birinci terras üzrə işlər başa çatıb. Hazırda ikinci terras üzrə dəmir-beton svayların vurulması işləri həyata keçirilir. Bu mərhələlər başa çatdıqdan sonra isə yamacın yuxarı hissəsində ankerləmə işləri görüləcək. Bu da yamac bərkitmə işlərinə aiddir. Yəni, burada 5-6 metrlik ankerlər vurulacaq və üzəri betonla hamarlanacaq. Bu mərhələlər yekunlaşdıqdan sonra isə sürüşmə sahəsində infiltrasiya olunmuş digər ehtimal edilən suları kənarlaşdırmaq üçün qalereyalar quraşdırılacaq. Bu da drenaj şəbəkəsidir və əlavə suları sahədən kənarlaşdırmaq üçün nəzərdə tutulur. Bu işlərdən sonra isə yamacda abadlıq işləri həyata keçiriləcək və ora tam formaya düşəcək, torpaq-hamarlama işləri aparılacaq.

XezerNews.az

Xəbər 1281 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +