Ukrayna rusiyalı iş adamının aktivlərini blokladı
Ukrayna PUA-ları Stavropolda kəşfiyyat obyektini vurdu
Məzahir Pənahov oğluna Los - Ancelesdə milyonluq villa alıb - Foto
MSK sədrinin oğlu arvadını vəhşicəsinə döyüb
Daha bir xanım “MayoMed” klinikasında həkim qurbanı oldu - Foto
Krıma dron hücumu - Foto
Rusiya provayderlərinin serverlərinə hücum oldu
Separatçıların məhkəməsi keçirilir
Leysan yağacaq, şimşək çaxacaq - Bakıda hava
Təhsil İdarəsinin rəhbər şəxsləri qanunsuz fəaliyyət göstərir?


28.11.2019  08:53 

Əslində zərərli olan 5 sevimli məhsul





A+  A-

Qida məhsulları yaxşı əhval və möhkəm sağlamlığın əsasını təşkil edir. Amma yalnız o halda ki, əgər onlar faydalıdır. Bəzi qidaları biz elə hesab etsək də, onlar son dərəcə zərərlidir...
XəzərNews.az əslində zərərli olan beş məhsulu təqdim edir:

Yarımfabrikatlar

Bəli, bu yetərincə rahat məhsuldur, hansını ki, elə də bişirmək lazım deyil. Tavada qızartdın və ya mikrodalğalı sobada qızdırdın – hazırdır! Amma yarımfabrikatların tərkibi heç də ən yaxşılardan deyil. Onların hazırlanmasında soya, ət emulsiyası, konservantlar, nişasta, aromatizatorlar, müxtəlif dad artırıcılarından istifadə olunur. Ona görə də, çətin ki, bu məhsulu faydalı adlandırmaq olar.

Çeynəlinən marmelad

Dadlı qurd və ayılar bütün yaş kateqoriyasına aid insanları cəlb edir, amma xüsusilə uşaqları. Onların tərkibində zərərli inqrediyentlər, eləcə də qatılşadırıcılar, kimyəvi rəngləyicilər var. Zərərlidir? Əlbəttə!

Kolbasa

Kolbasanın hazırlanmasında sümük, birləşdirici toxuma, dəri, piy, file qalıqları və s. kimi qida tullantılarından istifadə olunur. Kütləyə ən müxtəlif zərərli əlavələr, dad gücləndiriciləri əlavə edilir. Bu da onu deməyə əsas verir ki, kolbasanın tərkibində faydalı heç nə yoxdur.

Marinə edilmiş göbələk

Meşə göbələkləri adi halda belə potensial zərərli ola bilər, o ki qaldı, mağazalarda satılan marinə edilmişlərə! Onların hazırlanması üçün çoxlu sirkədən istifadə olunur ki, bu da mədə-bağırsaq traktına zərər vurur.

Çörək

Supermarketdə satılan çörəyin tərkibində olan L-tsistein insan orqanizmi üçün heç də ən yaxşı maddə deyil. O, hazırlanma vaxtını azaltmağa kömək edir. Bu amin turşusunun mənşəyi yetərincə şübhəlidir. Onu insan saçı, quş lələyi və inək buynuzundan alırlar.

Xəbər 1715 dəfə oxunub.




02.05.2025  13:53 

Krıma dron hücumu - Foto

02.05.2025  11:41 

Baş nazir yeni qərar imzaladı

01.05.2025  16:32 

Bu Fondda nöqsanlar aşkarlandı


BÜTÜN XƏBƏRLƏR +