“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


18.04.2023  12:38 

İran şahzadəsi İsrailə səfər edib





A+  A-

İran şahzadəsi Rza Pəhləvinin İsrailə səfəri dünya mətbuatında böyük rezonans doğurub.

Qərb artıq İranda rejimin dəyişdirilməsinə hazırlaşır və Rza Pəhləvinin hakimiyyətə gətirilməsi üçün onunla danışıqlar aparır. Şahzadənin Təl-Əvivdə səsləndirdiyi bəyanat da mətbuatın yazdığının doğru olduğunu düşünməyə əsas verir. O bildirib ki, “İranda demokratik dövlətin qurulmasına az qalıb”.

Uzun illər susan R. Pəhləvinin yalnız İranda ictimai-siyasi vəziyyətin gərgin olduğu bir zamanda ABŞ-dan İsrailə gələrək baş nazir Benyamin Netanyahu və digər rəsmi şəxslərlə görüşməsi İran ilə əlaqədar hansısa planın işə düşməsinin siqnalı kimi qəbul oluna bilər. Bu mənada İsrailin kəşfiyyat və nüvə enerjisi naziri Gila Qamliel ilə görüş KİV-in diqqətini daha çox cəlb edib.

İran isə şahzadənin İsrail səfərinə özünəməxsus münasibət bildirib. İranın xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nəsir Kənani Tehranda keçirdiyi mətbuat konfransında deyib ki, “...Onun harasa səfəri diqqət ayrılacaq qədər əhəmiyyətli deyil”.

1979-cu ildə islam inqilabı baş verəndə şah Məhəmməd Rza Pəhləvi ölkəni tərk etmək məcburiyyətində qalmışdı. Onun ABŞ-da yaşayan oğlu Rza Pəhləvi fəallıq göstərərək müxtəlif tədbirlərdə iştirak edir və çıxışlarında İran rejimini sərt tənqid atəşinə tutur.

Medianın məlumatına görə, İsrailin baş naziri ilə Rza Pəhləvinin görüşü zamanı bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirə edilən ən aktual məsələ isə İranda insan hüquqları ilə əlaqədar olub./AZƏRTAC


Xəbər 949 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +