“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


16.06.2021  11:22 

BMT Çində məhkumların orqanlarının çıxarıldığını iddia edir





A+  A-

BMT ekspertləri Çin həbsxanalarında etnik və dini azlıqlara mənsub olan məhkumların orqanların çıxarılması barədə etibarlı məlumatlara sahib olduqlarını bildiriblər.
XəzərNews.az bildirir ki, məlumatı “Doyçe Velle” (DW) yayıb.

12 BMT ekspertinin hazırladığı hesabatda “Çində orqanların zorakılıqla çıxarılması etnik, dil və dini azlıqların nümayəndələrinə qarşı həyata keçirilir”, - deyə bildirilib.

Həmçinin əlavə edilib ki, bir çox hallarda qeyd olunan şəxslərə həbs olunma səbəbləri məlum olmur və ya onların həbsinə order verilmir.

BMT-nin Qanunsuz Həbslərə Qarşı Mübarizə üzrə İşçi Qrupu və BMT-nin Xüsusi Nümayəndəsi bu məsələnin xüsusi narahatlıq doğuran məlumat olduğunu bəyan ediblər.

BMT mütəxəssislərinin hazırladığı sənəddə göstərilirik ki, məhkumlardan götürülən orqanlar əsasən ürək, böyrəklər, qaraciyər və gözün buynuz qişasıdır.

Bu amansız rəftara isə əsasən Falunqun (Çində yayılmış dini cərəyan) hərəkatının üzvləri, uyğurlar, tibetlilər, müsəlmanlar və xristianlar məruz qalır.

Çin Xalq Respublikasının Cenevrədəki nümayəndə heyətinin üzvü isə BMT mütəxəssislərinin hazırladığı sənədi böhtan xarakter daşıdığını bildirib.

“Rəsmi Pekin özünü bu ittihamlardan qoruyacaq və onları qəti şəkildə rədd edir”, - Çin hökumətini təmsil edən şəxslərdən biri vurğulayıb.

Çin rəsmisi həmçinin əlavə edib ki, BMT-nin mütəxəssisləri Çin əleyhinə aparılan dezinformasiyanın qurbanı olublar.



Xəbər 1979 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +