Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq


24.02.2023  11:19 

Müəllimlərin əmək haqqı artımı kimlərə şamil olacaq?





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev müəllimlərin əmək haqqlarının artırılması barədə sərəncam imzalayıb. Sərəncamla müəllimlərin aylıq vəzifə maaşları bu aydan etibarən orta hesabla 10 faiz artırılıb.

XəzərNews.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov aşağıdakı kateqoriya işçilərin əmək haqqılarında artım olacağını bildirib:

- Dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;
- Həmin müəssisələrin direktor və direktor müavinləri;
- Gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri;
- Dövlət büdcəsindən maliyyələşən dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlər;
- Həmin müəssisələrdə gənclərin çağırışaqədərki hazırlıq və fiziki tərbiyə rəhbərləri;
- İdarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilər.

V.Bayramov bildirib ki, müəllimlərin əmək haqqlarının artırılması ilə bağlı təkliflər fevralın 5-dək hökumətə təqdim olunmuşdu. Öncədən qeyd olunduğu kimi, sərəncamın fevralın 23-də imzalanmasına baxmayaraq maaş artımları fevralın 1-dən hesablanacaq.

Xəbər 1224 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +