Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq


26.04.2019  12:32 

Çaylarda daşqın gözlənilir? – Nazirlikdən AÇIQLAMA





A+  A-

Azərbaycan çaylarındakı vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin XəzərNews.az-a verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçay çayında sululuq ongünlük normadan az olmaqla normanın 60, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçay çaylarında sululuq ongünlük normadan az və normaya yaxın olmaqla 50-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan çox olmaqla 150-250 faizini təşkil edir.

Tranzit çaylarda faktiki vəziyyət

Aprelin 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 325 m3/s qeydə alınır ki, bu da ongünlük normadan az olmaqla normanın 46 faizini təşkil edir. Mövcud vəziyyət 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 275 m3/s olmaqla, ongünlük normadan az olub.

Aprelin 26-da Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 35 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 159 m3/s qeydə alınır ki, bu da ongünlük normaya yaxın olmaqla normanın 89 faizini təşkil edir. Bu rəqəm 2018-ci ildə 105 m3/s təşkil etməklə ongünlük normadan az olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

Aprelin 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 4 sm azalaraq 608 sm təşkil edib. Bu rəqəm 2018-ci il aprelin 26-da isə 401 sm olub. Şirvan məntəqəsində suyun səviyyəsi 22 sm artaraq 397 sm qeydə alınıb. 2018-ci il aprelin 26-da isə bu rəqəm 276 sm təşkil edib. Salyanda suyun səviyyəsi 15 sm artıb və 389 sm olub. Məntəqədə suyun səviyyəsi 2018-ci ilin müvafiq dövründə 203 sm qeydə alınıb. Bankə məntəqəsində suyun səviyyəsi 9 sm artaraq 309 sm olub və bu göstərici 2018-ci il aprelin 26-da 185 sm qeydə alınıb. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 5 sm azalaraq 350 sm müşahidə olunub. Bu rəqəm 2018-ci il aprelin 26-da isə 99 sm təşkil edib.

Xəbər 1285 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +