Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq


06.01.2018  14:57 

Ukraynada azərbaycanlı iş adamı yoxa çıxıb





A+  A-

Ukraynanın Xarkov vilayətinin Krasnoqrad şəhərində azərbaycanlı sahibkar yoxa çıxıb.
XəzərNews.az-ın APA-ya istinadən məlumatına görə, 1966-cı il təvəllüdlü iş adamı Süleyman Əhmədəliyev yanvarın 2-də şəhər ətrafındakı evindən çıxaraq, günün sonuna qədər qayıdacağını bildirib. Onun Donetsk istiqamətinə getdiyi, bir daha geri qayıtmadığı, o vaxtdan onunla əlaqənin itdiyi bildirilir.

S. Əhmədəliyev uzun müddət Xarkov şəhərində, vilayətin bir neçə şəhər sovetində çalışıb. Son zamanlar isə kənd təsərrüfatı sahəsində bizneslə məşğul olub.

Qeyd edək ki, son bir neçə ildə Ukraynada 20-dən çox azərbaycanlı iş adamının oğurlandığı, bəzilərinin qətlə yetirildiyi bildirilir. Bununla bağlı ölkənin Baş Prokurorluğu cinayət işi qaldırsa da, nəticəsi yoxdur.

Xəbər 1768 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +