Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


10.09.2018  09:26 

Bakıda kirayə mənzil problemi yaranıb





A+  A-

Sentyabr ayı başlayar-başlamaz kirayə mənzil bazarında canlanma var. Həm universitetlərin açılması, həm də insanların yay istirahətindən paytaxta qayıtması kirayə ev tapmağı müşkül məsələyə çevirib.
XəzərNews.az XəzərXəbər-ə istinadən bildirir ki, kirayə mənzil axtaranlar büdcəsinə uyğun mənzil tapa bilmədiklərini deyirlər. Rieltorlar isə əvvəlki aylara nisbətən kirayə qiymətlərinin artdığını deyir.

Tələb çox, mənzil isə tapılmır. Sentyabr ayının ilk günlərindən başlayaraq kirayə mənzil bazarında aktivlik müşahidə edilir.

Mənzil axtaranlar kirayə ev tutarkən əsasən metroya yaxın olmasına üstünlük verirlər. Buna görə də, metro yaxınlarında ev tapmaq ya baha başa gəlir, ya da ümumiyyətlə tapmaq mümkün deyil.

Rieltorlar da tələbin çox olmasına baxmayaraq, kirayə üçün təklif edilən evlərin az olduğunu deyirlər.

Yay aylarında mənzillər nisbətən ucuz olsa da hazırda qiymətlər artıb.

Qarşıdakı aylarda qiymətlərin nisbətən ucuzlaşacağı gözlənilir.


Xəbər 3398 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +