Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


03.03.2020  10:32 

“Baron Seyid” saxlanıldı





A+  A-

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən xəbərə görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Xırmandalı kəndi ərazisində Quba rayon sakini, əvvəllər məhkum olunmuş Aydın Rüstəmov və Şamaxı rayon sakini Natiq Mehdiyev sonuncunun idarə etdiyi “KİA RİO” markalı avtomobildə saxlanılıb. Onlardan 2 kiloqram 810 qram psixatrop maddə metamfetamin, 351 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Saxlanılan şəxslərdən A.Rüstəmov qeyd olunan psixatrop maddə və narkotik vasitəni İran vətəndaşı “Baba” adlı şəxs vasitəsilə ölkə ərazisinə gətirtdiyini və hazırda Bakı şəhərində yaşayan Cəlilabad sakini, “Baron Seyid” ləqəbli Elsevər Salmanlıya çatdırmalı olduğunu bildirib. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində E.Salmanlı Bakı şəhəri, Yasamal rayonu ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Xəbər 1575 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +