Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?


28.10.2019  10:27 

Sərhədi qanunsuz pozanlar saxlanıldı





A+  A-

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sər­hə­dinin toxunulmazlığının təmin edilməsi və narkotik vasitələrin qanunsuz döv­riy­yə­sinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbir­ləri davam etdirilir.
XəzərNews.az-a daxil olan məlumata görə, oktyabrın 17-də Qax rayonu Üzümlü kəndi yaxınlığında yer­lə­şən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gür­­cüstan isti­qa­mətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Gürcüstan və­­təndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.

İlkin araşdırma zamanı sərhəd pozucusunun Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) mad­­­dəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması müəy­yən­­ləş­diril­ib.

Həmin tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azər­bay­cana gələrkən AR vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürül­üb.

Hər 2 fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər 1350 dəfə oxunub.




19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +