Qazinin həbs müddəti 2 ay uzadıldı
İran prezidenti Azərbaycana bu tarixdə gələcək
Siyahıda olmayan cərrahlara xəbərdarlıq...
Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq


10.03.2025  11:49 

Dövlət bu xəstəxanaya sabun vermir? - ŞİKAYƏT





A+  A-

“Mən 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasından şikayətçiyəm. Dövlət xəstəxanasında nə sabun, nə spirt, nə dezinfeksiya, nə də təmizlik məhsulları var. Xəstəxananın həkimləri uşaqla rəftarı bilmir. Heç həkimlikdən də başları çıxmır. Uşaqların damarından qan ala bilmirlər”.

XəzərNews.az xəbər verir ki, bu sözləri sosial şəbəkələrdə uşağını müalicə üçün sözügedən xəstəxanaya aparan Nigar Rəsulova adlı istifadəçi yazıb.

O bildirib ki, xəstəxanadakı həkimlər damar iynəsi vurulmalı olan uşaqların damarını tapa bilmir, azyaşlıların qolunu dəfələrlə deşməli olurlar:

“Xəstəxananın yatış şöbəsi dəhşətdir. Yaşlı və eynəkli bir tibb bacısı uşaqlarla çox kobud rəftar edirdi. Şikayət edəcəyim üçün adını öyrəndim, ancaq demədi adını. Uşaqların üstünə necə qışqırırsa, körpələr yatanda da diksinirdi. Valideynlərlə, uşaqlarla çox kobud rəftar edirlər. Damar iynəsi vura bilmirlər uşaqlara. Uşaqdan qan götürmək üçün 6 dəfə iynəni salıb çıxardılar, amma damara düşə bilmədilər.

Xəstəxanada sabun, spirt, dezenfeksiya və təmizlik üçün heç nə yoxdur. Başa düşmürəm, dövlət ölkənin 1 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına sabun vermir? Yoxsa verir, həkimlər, tibb bacıları, baş həkim özləri mənimsəyir?

Həkimləri çox savadsızdır. Uşağın prablemini deyirəm, “Allah şəfa versin” deyib gedirlər. Nə müalicə edirlər, nə baxırlar, nə maraqlanırlar. Boş-boş yatızdırırlar uşaqları, amma müalicə edən yoxdur”.




Xəbər 1997 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +