Azərbaycana gələn turistlərin sayı niyə azalıb?
Xankəndi və Şuşa şəhərlərinə səfər başlayıb
Bu da bizim “gənc, perspektivli, Qərb təhsilli kadr...”
Baş nazir onların maaşı ilə bağlı qərar verdi
Prezident Çavuşoğluna başsağlığı verib
FHN “Şamo” şadlıq evini bağladı - Video
Havalar qızır: Sabah 22 dərəcə isti olacaq
Ruslar Sumidə çörək fabrikini vurdu
Molla əxlaqsızlığa görə həbs edildi
Avropa XİN rəhbərləri mayın 9-da Kiyevdə görüşəcək


16.01.2025  12:16 

Agentlik kollecdəki rüşvət iddialarına CAVAB VERDİ





A+  A-

Bir sıra media qurumlarında Quba Dövlət Sosial-İqtisadi Kollecində tədrisin təşkilində, tələbələrin biliklərinin qiymətləndirilməsində ciddi nöqsanlara yol verildiyi, kollecdə qış semestr imtahanları başladıqdan sonra rüşvət yığılması ilə bağlı iddialar yayılıb

Xəzərnews.az xəbər verir ki, bu barədə Modern.az iddalarla bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində olan Quba Dövlət Sosial-İqtisadi Kolleci haqqında bəzi media orqanlarında yayılan məlumatların araşdırılması nəticəsində bu xəbərlərin həqiqəti əks etdirmədiyi və qərəzli xarakter daşıdığı müəyyən edilib:

“Məsələ ilə bağlı kollecin rəhbərliyi tərəfindən müvafiq hüquqi addımlar atılıb və aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi media nümayəndələrini peşə prinsiplərinə əməl etməyə və yalnız əsaslı məlumatları dərc etməyə çağırır”.

Xəbər 1738 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +