Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


21.01.2021  16:34 

Paşinyandan ermənilərə Şuşa ilə bağlı tarixi xatırlatma





A+  A-

Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün parlamentdə keçirilən iclasda erməni ictimaiyyətində səs-küy doğuran açıqlamalar verib.
XəzərNews.az xəbər verir ki, müxalifətçi millət vəkili Naira Zohrabyanın Şuşanı itirmədən müharibəni bitirməyin mümkünlüyü ilə bağlı sualını cavablandıran Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib.

“Müzakirə prosesinin bütün dövrü ərzində azərbaycanlı qaçqınların Şuşaya qayıtmasını nəzərdə tutmayan bir seçim yox idi. Bundan əlavə, birinci müharibəyə qədər Şuşa əhalisinin 90%-i azərbaycanlılar idi. Yəni, siz demək istəyirsiniz ki, əhalisinin 90%- dən çoxu azərbaycanlı olan Şuşa ermənilərə aiddir?”,- deyə Paşinyan vurğulayıb.

Hökumət rəhbəri həmçinin qeyd edib ki, müharibəni daha kiçik ərazi itkiləri ilə bitirmək mümkün olmayıb.

“Müharibəni daha kiçik ərazi itkiləri ilə dayandırmaq üçün heç bir yolumuz yox idi. Bu, bir mifdir. Müharibəni dayandırmaq üçün addım atmadığımız da bir mifdir”,- deyə o, sözlərinə əlavə edib.

Xəbər 2361 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +