Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub


11.03.2019  10:57 

Təyyarəyə iki dəqiqə gecikdi, həyatda qaldı





A+  A-

Yunanıstan vətəndaşı Antonios Mavropolulos Efiopiya hava yollarına məxsus “Boeing 737” tipli sərnişin təyyarəsinə iki dəqiqə gecikdiyindən həyatda qalmağı bacarıb.
XəzərNews.az xəbər verir ki, Afina şəhər sakini olan Mavropolulosun sözlərinə görə, qəza barədə məlumat yayıldıqdan sonra polis onu təyyarəyə minməyən yeganə sərnişin qismində saxlayıb.

“Baqajım yanımda olduğundan baş vermiş qəza ilə mənim aramda heç bir məntiqi əlaqə yoxdur. Hüquq-mühafizə orqanları məhz buna görə də məni çox dindirmədilər”, - deyə o, bildirib.

A. Mavropolulos Feysbuk hesabında “ET 302” reysinə olan biletinin fotosunu da paylaşıb.

Xatırladaq ki, martın 10-da Əddis-Əbəbədən Nayrobiyə uçan “Ethiopian Airlines” aviaşirkətinə məxsus “Boeing-737” tipli təyyarə havaya qalxdıqdan 6 dəqiqə sonra ölkənin Debre-Zeyt şəhərində qəzaya düşüb. Hadisə nəticəsində göyərtədə 8 ekipaj üzvü olmaqla 157 nəfər olub, hamısı ölüb.

Xəbər 1489 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +