Tanınmış həkim “Şərəf” ordeni ilə təltif edildi
Teatrın səhnə arxasında əlbəyaxa dava olub
Bank kartları talanır: Bu dəfə 67 min manat oğurlandı
Salyanda saxta spirtli içki satan aşkarlandı
İlham Əliyev iranlı xanım naziri qəbul edib
İranın daxilində Rusiyaya etimad yoxdur – Mübariz Əhmədoğlu
Həm qayda pozdu, həm də polisin əmrinə tabe olmadı
Azərbaycandakı gizli qumar dünyası necə işləyir?
Yeni tikili binalarda qaraj fırıldağı - VİDEO
CHP-li bələdiyyə başqanı Öcalanı təhqir etdi: “Erməni atan...”


31.05.2017  12:43 

“Rabitə işi” üzrə məhkəmə keçirildi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatlnda olan prosesdə vəkillər müdafiə çıxışı ediblər.

Zərərçəkmiş kimi tanınan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsi Vüqar Babayev çıxış edərək iclasın təxirə salınmasını istəyib: "Təqsirləndirilən şəxslərdən dəymiş ziyanla bağlı ödəmələr edənlər var. Ödənişlər başa çatmadığından mövqeyimiz konkret deyil. Xahiş edirik ödəmələr bitənə qədər iclas təxirə salınsın".

Hakim bildirib ki, zərərçəkmişlərin dəymiş ziyanı ödəməsi ilə bağlı məhkəməyə sənəd daxil olmayıb: "Növbəti iclasda ödənişlərlə bağlı sənədlər bizə təqdim edilsə, vaxt məsələsinə baxa bilərik".

Məhkəmə prosesi iyunun 2-də davam etdiriləcək.

Xəbər 1712 dəfə oxunub.



07.04.2025  19:07 

Ev tikən, yoxsa məscid sökən?!


BÜTÜN XƏBƏRLƏR +